Icma.az
close
up
RU
Son söz yenə də Azərbaycanındır: İrəvan isə tələsir

Son söz yenə də Azərbaycanındır: İrəvan isə tələsir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında davam edən yekun sülh sazişinə dair danışıqlar nəhayət ki, başa çatıb. Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun XII Qlobal Bakı Forumu çərçivəsində İrəvanın Bakının son iki maddə ilə bağlı tələblərini də qəbul etdiyini deməsi və sülh müqaviləsi ətrafında danışıqların yekunlaşdığını anons etməsinə Ermənistandan reaksiya özünü çox gözlətmədi. Xarici işlər naziri Ararat Mirzoyanın ofisi müzakirə və gərgin mübahisə predmeti olan 17 maddədən ibarət müqavilənin üzərində işlərin tamamlandığını doğrultmaqla ən çox vaxt alan məqamların - Ermənistanın konstitusiyasında ediləcək dəyişikliklərin və iki dövlət arasındakı sərhəddə üçüncü tərəfin mövcudluğunu istisna edən tələblərin qəbul edildiyini təsdiqlədi.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İrəvan niyə tələsir?

Rəsmi Bakının danışıqların başa çatmasını elan etməsinin ardınca İrəvanın tələsik və gizlədilməyən sevinc dolu reaksiyası ona dəlalət edir ki, Paşinyan hökuməti Azərbaycanla sülhün əldə edilməsinə tələsir. Hərçənd bu, aldadıcı fon yaratmaq cəhdi də ola bilər. Prezident İlham Əliyevin XİN rəhbərinin məlum bəyanatının verildiyi anda, yəni XII Qlobal Bakı Forumunun açılış mərasimində Bakının İrəvana inanmadığını bir daha vurğulaması, özü də bunu beynəlxalq ictimaiyyətin düşünən beyinləri qarşısındakı çıxışında etməsi onu göstərir ki, Ermənistanın razılığı Azərbaycan paytaxtında maksimum şəkildə ehtiyatlı optimizm olaraq qəbul edilir. Bunun üçün kifayət qədər əsas var və Azərbaycan Ermənistanla 30 illik qarşıdurma tarixinin sürprizlərini diqqətə almaya bilməz. Dövlət başçısının Paşinyandan yazılı təsdiq tələb etməsi onu göstərir ki, İrəvanın xarici təzyiqlərə tab gətirməyərək verdiyi sözdən dönməsi kimi təhlükə hələ də mövcuddur.

Bəs nədən İrəvan hərəkətlərində bir xaotiklik və tələskənlik göstərir? Hansı səbəbdən Ermənistanın xarici siyasətinə məsul şəxslər sülh müqaviləsini dərhal imzalamağa hazır olduqlarını nümayiş etdirirlər və yaxud ən azı belə bir görüntü yaratmağa çalışırlar? Çox güman ki, bunun başlıca səbəbi hakim komandanın bir gözünün gələn il keçirilməsi gözlənilən parlament seçkilərində olmasıdır. Ermənistan parlamentli respublikadır və Paşinyanın bir baş nazir olaraq gələcək aqibəti də məhz seçki kampaniyasının nəticələrindən asılıdır. Ermənistanın hakim qüvvəsi əhaliyə göstərmək istəyir ki, xalqın və ölkənin qarşısında duran ən taleyüklü problemin çözümünə nail olub. Daha erməni xalqının övladları müharibəyə yollanmayacaqlar, ölkə iqtisadi tənəzzüldən qurtulmaq üçün real fürsətlər əldə edib. Yeni reallıq dövlətlə yanaşı, hər bir fərdin də rifah halına təsir göstərmiş olacaq - sərhədlər açılacaq, kommunikasiyalar bərpa olunacaq, ticarət dirçələcək. Paşinyan seçkilərə məhz bu şüarlarla gedəcək deyə, Azərbaycanla əldə edilən sülhün belə tələskənliklə elan edilməsini həm də təbliğat kampaniyasının başlanğıcı kimi dəyərləndirmək olar.

Paşinyan niyə razılığa gəldi?

Bütün şübhələri bir kənara qoyub İrəvanın niyyətinin saflığına inansaq və Paşinyanın hipotetik sülhün tərəfdarı olduğunu düşünsək belə, ortaya olduqca vacib sual çıxır: Niyə? Hansı səbəbdən Ermənistan müxtəlif bəhanələrlə uzatdığı, xarici təsirlərlə ümidlənib əngəllər yaratdığı sülh gündəmini qəbul etdi? Paşinyan hansı maneələri dəf edə bildi ki, önündə Azərbaycanla sülhə gəlmək üçün heç bir həddin qalmadığına əmin oldu?

Son bir neçə ayın geosiyasi trafiki ona dəlalət edir ki, İrəvanın hətta ehtimalən belə sülhə gəlmək qərarını diktə edən əsas amillər daxili deyil, xarici mənbəlidir. Ermənistan cəmiyyətində revanşist qüvvələr var və güman ki, hər zaman olacaqlar. Onların qarşıdakı günlərdə və aylarda sülh müqaviləsinə qarşı silsilə aksiyalar keçirəcəklərinin şahidi olacağıq. Nə qədər ki, Qarabağ klanının qanlı nümayəndələri yaşayırlar, erməni cəmiyyətindəki ekspansionist ab-hava tükənməyəcək. Ona görə də Paşinyanın daxildə hansısa maneəni aşdığını düşünmək bir qədər çətindir.

İrəvanın Azərbaycanın kritik iki tələbini qəbul etməyə məcbur olması formalaşmış beynəlxalq konyunktura da bağlıdır. Bayden adminsitrasiyasının gedişindən sonra okeanın o tayında olan dayaqlarını itirmiş Ermənistan hakimiyyəti istədiyini artıq Avropada da tapa bilmir. Makron əvvəlki kimi qonaqpərvər və əliaçıq deyil. İndi onun başı cəmi 20%-lik dəstəklə daxildəki problemlərinə qarışıb. Fransa və Avropa İttifaqının Trampın kömək əlini çəkməsi nəticəsində Rusiya ilə üz-üzə qalmaları Ermənistan kimi ucqarları avtomatik olaraq arxa plana keçirir. Ermənistan Qərbi Avropanın yaxşı gününün oyuncağıdır və təəssüf ki, bu qədər zamanı bada verən Paşinyan ötən illər ərzində bu reallığı ya dərk etməyib, ya da edə bilməyib.

Qərbdəki hamilərindən olan və 2018-ci ildən bu yana mərhələlərlə Rusiya ilə körpüləri yandıran Paşinyanın düşdüyü çıxılmaz vəziyyət onun Azərbaycanla sülhə gəlməsinin əsas və mühüm səbəbidir. Bölgə reallıqlarından qaçan, xoşbəxtliyi uzaq Qərbdə axtaran hazırkı Ermənistan müttəfiqi Rusiyanı da itirməklə, faktiki olaraq, Azərbaycan və Türkiyənin nəzarətinə keçməyin astanasındadır. Müxalifət və revanş aşiqlərinin qaldıracaqları ümumxalq isterikası da bu mürəkkəb dalandan çıxmaq üçün yetərli olmayacaq.

Sülh müqaviləsi nə vaxt və harada imzalanacaq?

Ermənistan mediasında artıq mümkün sülh müqaviləsinin imzalanma yeri və tarixi barədə ehtimallar da səslənməyə başlayıb. Hadisələrin arxasınca sürünən erməni cəmiyyətinin belə görünür ki, seyrçi olmaqdan başqa əlacı da qalmayıb.

Sülh müqaviləsinin imzalanacağı yerə gəldikdə isə istisna deyil ki, belə təkliflərlə çıxış edənlər çox olacaq. Çoxları ev sahibliyi etməklə problemin çözümünə şərik çıxmağa çalışacaq. Ancaq reallıq budur ki, bu sülhün bir müəllifi var - dəmir iradəli lideri, cəsur ordusu olan Azərbaycan xalqı. Odur ki, son söz yenə də bizdədir!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Mart 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri