17 manatdan 32 manata: Yağ niyə BAHALAŞDI?
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycanda kərə yağının qiyməti 17 manatdan 28–32 manata, bəzi duru yağların qiyməti isə 18 manata çatır.
İqtisadçı Natiq Cəfərli yağ qiymətlərində müşahidə olunan qiymət artımı ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, qiymətlərin artmasının əsas səbəblərindən biri yerli istehsalın zəif olmasıdır.
Onun sözlərinə görə, Azərbaycanda istehlak edilən yağların təxminən 90 faizi xaricdən gətirilir. Hətta bazarda yerli markalar adı altında satılan yağların bir qismi də xaricdən alınaraq ölkədə qablaşdırılır.
"Bu məhsullar yerli istehsal hesab edilə bilməz və ölkədə yağ istehsalının həcmi çox azdır. Buna görə də idxaldan asılılıq qiymətlərə təsir edən əsas amillərdəndir", - deyə o qeyd edib.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 19 Oktyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















