Deputatdan yağ qiymətlərinə ETİRAZ “Xaricdən 5 manata alıb, 17 manata satırlar”
Icma.az, Bizim media saytına istinadən bildirir.
“Strateji qida məhsulları var ki, onlarla əlaqədar dövlət tərəfindən tədbirlər görülür. Unun, buğdanın, digər məhsulların qiymətinə xüsusi nəzarət var deyə qiymət artımına imkan verilmir.
Təəssüflər olsun ki, bəzi məhsulların qiymətlərində artım çox tez-tez olur. Məsələn, xaricdən 5 manata aldığımız kərə yağının qiyməti 15-17 manatdır, 18 manata aldığımız yağ 28 manatdır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.
“Zeytun festivalı kimi tədbirlər göstərir ki, ölkəmizdə istehsal olunan məhsullar heç də xaricdən gətirilənlərdən geri qalmır. Mediada oxuyuruq ki, biz kərə yağını başqa ölkələrə 11 manata satırıq. Əgər mümkün olsa və bu məsələyə nəzarət olunsa, vətəndaşlar razı qalar”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 06 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















