17 OKTYABR FÜZULİ ŞƏHƏRİ GÜNÜ
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün xalqımızın qürur və iftixar mənbəyi olan Füzuli Şəhəri Günüdür! 17 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti nəticəsində doğma Füzuli şəhəri işğaldan azad edildi. Bu tarixi Zəfər xalqımızın birliyinin, əzminin və Vətən sevgisinin təntənəsinə çevrildi.
Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Vətənimizin hər qarış torpağı uğrunda mübarizə aparan igid oğullarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Onların qanı, canı və fədakarlığı hesabına bu gün üçrəngli bayrağımız doğma torpaqlarımızda qürurla dalğalanır.
Bu gün Füzuli şəhəri yenidən qurulur, abadlaşır və öz tarixi simasına qovuşur. Doğma yurda qayıdan sakinlərin sevincini görmək hər bir azərbaycanlının qəlbini qürurla doldurur. Füzulinin hər küçəsi, hər daşı bizim üçün əzizdir və Vətən tariximizin ayrılmaz bir parçasıdır.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə füzulililəri ürəkdən təbrik edirəm. Arzum budur ki, doğma Füzulimiz daim inkişaf etsin, evlərimizdən sevinc, torpaqlarımızdan bərəkət, ölkəmizdən sülh və əmin-amanlıq əskik olmasın.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik.
17 Oktyabr — Füzulinin azadlıq, qürur və Zəfər tarixidir!
Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Elnur Məmmədov,
YAP Lerik rayon təşkilatının sədr müavini.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 16 Oktyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















