Icma.az
close
up
RU
Füzuli Şəhəri Günü 17 oktyabr

Füzuli Şəhəri Günü 17 oktyabr

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, həmin günlər milli kimliyimizin, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün simvoluna çevrilmişdir. Bu mənada 17 oktyabr - Füzuli şəhərinin azad olunduğu gün xüsusi yer tutur. Məhz bu tarix Azərbaycan Ordusunun qəhrəmanlığı, Ali Baş Komandanın dəmir iradəsi və xalqımızın birliyinin təntənəsidir. Füzulinin azad edilməsi təkcə hərbi əməliyyat deyil, həm də 30 ilə yaxın davam edən işğalın sonuna doğru açılan qələbə səhifəsi idi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun gələcək inkişafına da təkan verdi.

1993-cü ilin avqust ayında Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunu işğal etməsi nəticəsində minlərlə dinc sakin doğma yurd-yuvasından didərgin düşdü. Şəhər və kəndlər tamamilə dağıdıldı, mədəni irs nümunələri məhv edildi. Bu illər ərzində Füzuli bir viran yerə çevrilmiş, həyat tam dayanmışdı. Azərbaycan xalqı isə heç zaman bu ədalətsiz işğalla barışmadı. Hər bir vətəndaşın qəlbində “Qarabağ Azərbaycandır!” inamı yaşayırdı. Bu mənəvi möhkəmlik 2020-ci ilin payızında başlanan Vətən müharibəsində öz bariz təzahürünü tapdı.

2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və strateji əməliyyatlar həyata keçirdi. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi hərbi baxımdan mühüm strateji mərhələ idi. Çünki Füzulinin azad olunması ilə Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində əməliyyatların aparılması üçün əlverişli mövqelər təmin edildi. Füzuli uğrunda döyüşlər zamanı Azərbaycan əsgərinin göstərdiyi igidlik, yüksək döyüş ruhu və peşəkarlıq Vətən müharibəsinin simvollarından birinə çevrildi.

Bu əməliyyatın uğuru həm də Azərbaycan hərb tarixində yeni səhifə açdı. Müasir texnologiyalarla təchiz olunmuş ordunun taktiki çevikliyi, yüksək döyüş koordinasiyası və planlı hücum əməliyyatları Füzuli zəfərinin təminatçısı oldu. Azərbaycan xalqı həmin günü sonsuz qürur hissi ilə xatırlayır.

Azadlıqdan sonra qarşıda duran ən mühüm vəzifə – dağıdılmış şəhərin bərpası və yenidən qurulması idi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli yeni həyat qazanır. Burada beynəlxalq standartlara uyğun infrastruktur yaradılır, yollar, körpülər, sosial obyektlər, məktəblər və xəstəxanalar tikilir.

Xüsusilə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin iqtisadi, sosial və turizm potensialını artıran mühüm hadisə oldu. Bu hava limanı işğaldan azad olunmuş ərazilərə açılan ilk hava qapısı kimi həm də Azərbaycanın güc və iradə simvoludur. Eyni zamanda, “Ağıllı kənd” və “yaşıl enerji” konsepsiyası əsasında həyata keçirilən layihələr Füzulini müasir və ekoloji baxımdan dayanıqlı şəhərə çevirir.

Füzuli təkcə strateji və iqtisadi əhəmiyyət daşıyan bir bölgə deyil, həm də Azərbaycanın mədəni kimliyinin ayrılmaz parçasıdır. Burada yerləşən tarixi abidələrin bərpası, məscidlərin yenidən tikilməsi, mədəni tədbirlərin təşkili xalqın mənəvi dünyasının bərpasına xidmət edir. Füzulinin azad edilməsi ilə təkcə torpaqlar deyil, həm də xalqın yaddaşı, kimliyi və ruhu azad oldu. Hər il 17 oktyabr tarixinin “Füzuli Şəhəri Günü” kimi qeyd edilməsi də bu mənəvi yenidən doğuluşun simvoludur.

Füzulinin yenidən qurulması eyni zamanda Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlığın bərqərar olunması üçün yeni imkanlar yaradır. Bu ərazilərdə iqtisadi zonaların yaradılması, kənd təsərrüfatı və sənaye layihələrinin icrası, müasir şəhərsalma prinsiplərinin tətbiqi Azərbaycanın gələcəyə yönəlik strateji baxışının tərkib hissəsidir. Dövlətin və vətəndaş cəmiyyətinin bu prosesə birgə qoşulması Füzulinin yaxın illərdə tam bərpa olunacağına inamı artırır.

Füzulinin azad olunması Azərbaycanın müasir tarixində qəhrəmanlıq və qürur salnaməsidir. Bu hadisə dövlətimizin gücünü, xalqın birliyini və ədalətin bərpasını nümayiş etdirdi. Bu gün Füzuli dirçəlir, inkişaf edir və regionda yeni həyat nəfəsi kimi doğulur. 17 oktyabr yalnız bir qələbə tarixi deyil, həm də milli yenilənmə, dövlət iradəsi və xalq birliyinin rəmzidir.

İlham Qayıbzadə

Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ müharibəsi əlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri