17 yaşlı gənc qətlə yetirilib
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Tbilisidə 17 yaşlı David Narimanidzenin qətlində təqsirləndirilən yetkinlik yaşına çatmayan şəxsin dostlarından biri hadisənin şahidi olub.
24News.ge xəbər verir ki, bunu iş üzrə prokuror Keti Sonidze açıqlayıb.
Onun sözlərinə görə, şahid təqsirləndirilən şəxsin mərhuma bıçaqla zərbə endirdiyini və daha sonra ona “istədiyini al” dediyini görüb.
Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxs Xudadov küçəsində yerləşən kababxanaya iki dostu ilə birlikdə gedib. İstintaqın versiyasına əsasən, hadisədən əvvəl təqsirləndirilən şəxs və mərhum arasında mübahisə yaranıb və daha sonra 17 yaşlı David Narimanidze kənara aparılaraq bıçaqla yaralanıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Keti Sonidzenin bildirdiyinə görə, təqsirləndirilən şəxs istintaq mərhələsində törətdiyi əməli etiraf edib və hadisənin təfərrüatları barədə ətraflı ifadə verib. Lakin sonradan vəkillə məsləhətləşdikdən sonra mövqeyini dəyişərək susmaq hüququndan istifadə edib.
Prokurorluq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 109-cu maddəsinin “v” bəndi ilə – xuliqanlıq motivi ilə qəsdən adam öldürmə ittihamı irəli sürüb. Bu maddə üzrə 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Prokurorluğun məlumatına görə, hadisə sentyabrın 10-da Tbilisidə, N. Xudadov küçəsində yerləşən kababxanada baş verib. İstintaqın versiyasına əsasən, təqsirləndirilən şəxslə süfrədə dostları ilə birlikdə olan yeniyetmə arasında mübahisə yaranıb və daha sonra hadisə bıçaqlanma ilə nəticələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 13 Sentyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















