“Google”un sahibi bir gündə təxminən 500 milyard dollar dəyər itirib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın texnologiya nəhəngi “Alphabet” şirkətinin bazar kapitallaşması bir gün ərzində 477 milyard dollar azalıb.
APA xəbər verir ki, birja məlumatlarına əsasən, “Google”un ana şirkətinin bazar dəyərindəki bu azalma onun tarixində ən böyük gündəlik itki olub.
“Nasdaq” birjasında Moskva vaxtı ilə saat 19:30-a olan məlumata görə, “Alphabet”in bazar kapitallaşması 3,459 trilyon dollar təşkil edib.
Bir gün əvvəl isə bu göstərici 3,936 trilyon dollar səviyyəsində olub.
Şirkətin səhmləri 12,07 faiz ucuzlaşaraq bir səhm üçün 283,04 dollara düşüb.
Bildirilir ki, “Google”un 2026-cı ilin üçüncü rübünə dair maliyyə hesabatının açıqlanmasından sonra şirkətin səhmləri hələ birjaöncəsi ticarətdə 10 faizdən çox dəyər itirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 30 Oktyabr 2026 04:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















