Icma.az
close
up
RU
171 vətəndaşdan alınan 14 milyon manatın yeri məhkəmədə üzə çıxdı Pullar “Atlant”a qoyulub

171 vətəndaşdan alınan 14 milyon manatın yeri məhkəmədə üzə çıxdı Pullar “Atlant”a qoyulub

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam edib.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir. İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb. Prosesdən öncə zərərçəkmişlərlə Tahir Qədəşovun vəkili Muxtar Mustafayev arasında gərginlik yaşanıb. Zərərçəkmişlər vəkili cinayətkarı müdafiə etməkdə günahlandırıblar və onun ünvanına təhqiramiz ifadələr işlədiblər.

Prosesdə hakim məhkəməyə bir neçə sənəd daxil olduğunu deyib. Məlum olub ki, zərərçəkmişlərdən Əvəz Nəbiyev Nofəl Hacıyevə qarşı 305 min manatlıq mülki iddia qaldırıb. Nofəl Hacıyev mülki iddianın qismən, 150 min manatını qəbul etdiyini deyib. Məhkəmədə mülki iddia icraata götürülüb, sonda iddia ərizəsinə qiymət veriləcəyi açıqlanıb.  Daha sonra Tahir Qədəşovun vəkili Muxtar Mustafayev vəsatət verib. O bildirib ki, Nofəl Hacıyevə məxsus, onun qardaşının adına olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulmayıb. Vəkil həmin əmlaka həbs qoyulmasını təklif edib. Bildirib ki, onlar cinayət yolu ilə əldə olunub. Nofəl Hacıyevin vəkili deyib ki, zərərçəkmiş şəxslərdən toplanan pulların böyük hissəsi "Atlant" İstirahət Mərkəzində görülən işlərə xərclənib. O iddia edib ki, torpaq sahəsi və qaraj olduğu deyilir, amma elə bir əmlak yoxdur, həmin əmlaklar satılıb. Vəkilin sözlərinə görə, o əmlakların üzərinə həbsin qoyulması üçün əsas yoxdur.
Vəkil "Atlant" İstirahət Mərkəzininin satılmasını, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi istəyib. Məsələyə münasibət bildirən Nofəl Hacıyev bildirib ki, "Atlant" İstirahət Mərkəzinin ərazisində tikinti aparmaq üçün yaşıllığı Tahir Qədəşov məhv edib, 800-dən çox ağacı kəsib. O, Tahir Qədəşovun cinayət əməlləri ilə bağlı Baş Prokurorluğa müraciət olunacağını deyib. Məhkəmə vəsatəti təmin edib. Şirkətin özəlləşdirilməsinin dayandırılması, əmlaklarının üzərinə həbs qoyulması barədə qərar qəbul edilib. Daha sonra Aqil Məmmədov şahid qismində dindirilib. Bildirib ki, hazırda fərdi qaydada usta kimi fəaliyyət göstərir. Zərərçəkmiş Murtuz Əliyevin vəsatəti əsasında məhkəməyə çağırılıb. Onun sözlərinə görə, Murtuz Əliyevin mənzilində 2021-ci ildə 66 kvadratlıq sahənin təmir işlərini görüb. Təmir işlərinin qarşılığında 7 min manata yaxın pul alıb, onun  materiallara nə qədər pul xərclədiyini bilməyib. Məhkəmədə məlum olub ki, həmin mənzil ayrı-ayrı vaxtlarda iki nəfərə satılıb. İndi məhkəmədə həmin mənzilin kimə məxsus olması müzakirə olunur. 2018-ci ildə mənzil Elman Əliyevə satılsa da, şirkət sahibi Nofəl Hacıyev onu Murtuz Əliyevə satıb. Hakim bildirib ki, təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama) maddəsi üzrə ittiham var, amma istintaq bu məsələni araşdırmayıb. Hakim bu məsələnin araşdırılacağını deyib. Nofəl Hacıyev mənzili kimə satdığını xatırlamadığını deyib. Mənzil sahibi Murtuz Əliyevin sözlərinə görə, həmin mənzilə gedib, təmir işləri ilə məşğul olub, qonşular da onu tanıyır. Bildirib ki, mənzilin ona satılması barədə şirkət tərəfindən verilən maliyyə arayışı da var. Zərərçəkmiş şəxslərdən biri deyib ki, tikinti şirkətinin başında dayanan Tahir Qədəşov olub. Tikinti şirkətinin pulları "Atlant"a sərf olunub. Zərərçəkmişin sözlərinə görə, bu işə görə ailəsi dağılanlar da olub. Daha sonra bir neçə şahid ifadə verib. Onlar Nofəl Hacıyevin vəkili Mirzə Xankişiyevin vəsatəti əsasında dindiriliblər. Şahidlərdən biri deyib ki, "Atlant" İstirahət Mərkəzinə Tahir Qədəşovun vasitəsi ilə 59 min mişar daşı aparıblar. Digər şahidlər də "Atlant" İstirahət Mərkəzində işlədiklərini deyiblər. Təqsirləndirilən Nofəl Hacıyev bildirib ki, mərkəzə milyonlarla manat dəyərində materiallar daşınmasında iştirak edib. O, həmçinin bildirib ki, Tahir Qədəşov mərkəzdə işləyənlərə düz-əməlli pul da verməyib. İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. İbtidai istintaq zamanı “Atlant”ın üzərinə həbs qoyulub. İttihamlar məhkəmə yoluyla sübuta yetirilsə, hökmdən sonra bu əmlak zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. Ötən məhkəmə iclasında istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı vəsatət təqdim olunsa da, məhkəmə təmin etməyib. Əvvəlki iclaslarda isə zərərçəkmişlər “Atlant”ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb etmişdilər. Hakim vəsatəti baxılmamış saxlayıb. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və sair var.  “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 May 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri