Icma.az
close
up
RU
“Atlant” işi müzakirədə: 171 nəfər milyonlarını tələb edir

“Atlant” işi müzakirədə: 171 nəfər milyonlarını tələb edir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkənin son illərdə ən çox müzakirə olunan tikinti fırıldağı işlərindən biri üzrə növbəti məhkəmə iclası keçiriləcək. Prosesdə əsas diqqət yenə də Nabranda yerləşən və üzərinə həbs qoyulmuş “Atlant” Ailəvi İstirahət Mərkəzinin taleyinə yönələcək.
Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, 171 nəfərin zərərçəkən qismində tanındığı cinayət işində söhbət təkcə eyni mənzillərin müxtəlif şəxslərə satılmasından getmir.
Məhkəmə materiallarında və zərərçəkənlərin ifadələrində illərdir müzakirə olunan daha ciddi bir iddia yer alır: vətəndaşlardan toplanmış milyonlarla manatın yaşayış binasının tikintisinə deyil, başqa istiqamətə “Atlant” Ailəvi İstirahət Mərkəzinə yönəldilməsi iddiası var.
İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK tərəfindən inşa edilən yaşayış binasında eyni mənzilləri müxtəlif şəxslərə sataraq 171 vətəndaşdan ümumilikdə 14 milyon manatdan artıq vəsait əldə edib. Azərbaycanın daşınmaz əmlak sektorunda oxşar hallar əvvəllər də qeydə alınıb. Lakin bu işi digərlərindən fərqləndirən əsas məqam həm zərərçəkənlərin sayının çoxluğu, həm də dövriyyəyə daxil olmuş vəsaitin həcmi və həmin vəsaitlərin sonrakı taleyi ilə bağlı ortaya çıxan suallardır.  Məhkəmə iclaslarında çıxış edən zərərçəkənlər demək olar ki, eyni mövqedən çıxış edirlər. Onların sözlərinə görə, ödədikləri vəsaitlər mənzillərin tikintisinə yönəldilməyib. Məhkəmə sənədlərində və ifadələrdə isə ən çox hallanan ünvanlardan biri məhz “Atlant” Ailəvi İstirahət Mərkəzidir. Prosesdə diqqət çəkən əsas məqamlardan biri də təqsirləndirilən şəxs Nofəl Hacıyevin məhkəmədə verdiyi ifadələrdir.
O, vətəndaşlardan topladığı pulların “Atlant”ın tikinti və təmir işlərinə sərf olunduğunu etiraf edib. Son məhkəmə iclaslarında ifadə verən zərərçəkənlər və şahidlər də bildiriblər ki, “Təbriz” MTK vasitəsilə əldə olunan vəsaitlər sonradan istirahət mərkəzinin genişləndirilməsi, tikintisi və abadlaşdırılması işlərinə yönəldilib. Zərərçəkənlərin fikrincə, bu gün Nabran sahilində fəaliyyət göstərən iri istirahət kompleksinin formalaşmasında həmin vəsaitlərin rolu olub. Bu iddia hüquqi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Çünki istintaq materialları və məhkəmə araşdırmaları nəticəsində vətəndaşlardan toplanan pulların həqiqətən də başqa obyektlərə yönəldildiyi müəyyən olunarsa, bu, cinayət işinin hüquqi qiymətləndirilməsində mühüm rol oynaya bilər. İş üzrə ən çox müzakirə olunan şəxslərdən biri də Tahir Qədəşovdur.
Nofəl Hacıyevin qayınatası olan Tahir Qədəşovun adı məhkəmə iclaslarında dəfələrlə səsləndirilib. Zərərçəkənlər bildirirlər ki, Nofəl Hacıyevlə Tahir Qədəşov uzun illər biznes əlaqələrində olublar və maliyyə qərarlarının qəbulunda birlikdə iştirak ediblər. Bu səbəbdən zərərçəkənlər məhkəmədən Tahir Qədəşovun da hüquqi məsuliyyət məsələsinə qiymət verilməsini tələb edirlər. Onların vəsatətlərində Tahir Qədəşovun təqsirləndirilən şəxs qismində cəlb olunması, ifadəsinin alınması və barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələləri qaldırılıb. Hələlik bu vəsatətlər üzrə yekun qərar açıqlanmayıb. Zərərçəkənlərin əsas arqumenti isə dəyişməz qalır. Onlar hesab edirlər ki, əgər vətəndaşlardan toplanmış vəsaitlərin hərəkət istiqaməti məlumdursa və həmin vəsaitlərin istifadəsində bir neçə şəxs iştirak edibsə, hüquqi qiymətləndirmə də bütün iştirakçıları əhatə etməlidir. Prosesin ən mühüm hissələrindən biri “Atlant” Ailəvi İstirahət Mərkəzinin üzərinə qoyulmuş həbs qərarı ilə bağlıdır. Hazırda istirahət mərkəzinin əmlakı cinayət işi çərçivəsində həbs altındadır. Bu qərar zərərçəkənlər üçün xüsusi əhəmiyyət daşıyır.
Çünki onların böyük hissəsi illər keçməsinə baxmayaraq nə mənzillərini əldə edə bilib, nə də ödədikləri vəsaitləri geri qaytara bilib. Məhz buna görə zərərçəkənlər məhkəmədən həbs qərarının qüvvədə saxlanılmasını tələb edirlər. Onların mövqeyinə görə, əgər məhkəmə yekunda ittihamedici hökm çıxararsa və əmlakın formalaşmasında cinayət yolu ilə əldə edilmiş vəsaitlərin istifadə olunduğu müəyyən edilərsə, həmin əmlakın müsadirə olunaraq hərraca çıxarılması və əldə edilən vəsait hesabına vurulmuş ziyanın ödənilməsi mümkün ola bilər. Başqa sözlə, zərərçəkənlər hesab edirlər ki, pullar hansı istiqamətə yönəldilibsə, kompensasiya da həmin mənbədən təmin olunmalıdır.
Qeyd edək ki, “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabran qəsəbəsində, Xəzər dənizinin sahilində fəaliyyətə başlayıb. Sonrakı illərdə kompleksin ərazisi davamlı şəkildə genişləndirilib. Hazırda obyekt çoxsaylı hotellər, 200-ə yaxın kotec, akvaparklar, restoranlar, əyləncə və idman obyektləri, çimərlik infrastrukturu, konfrans zalları və digər xidmət sahələrini özündə birləşdirən iri istirahət kompleksi kimi fəaliyyət göstərir. Bu gün keçiriləcək məhkəmə iclasında tərəflərin növbəti arqumentlərinin dinlənilməsi gözlənilir. Lakin artıq indidən aydındır ki, prosesin mərkəzində duran əsas sual dəyişməyib: 14 milyon manatlıq vəsaitin taleyi necə olub və həmin pulların geri qaytarılması üçün hansı hüquqi mexanizmlər işə salınacaq?
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyun 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri