Icma.az
close
up
RU
171 zərərçəkəndən alınan 14 milyon manat “Atlant”a qoyulub SENSASİON TƏFƏRRÜAT

171 zərərçəkəndən alınan 14 milyon manat “Atlant”a qoyulub SENSASİON TƏFƏRRÜAT

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, prosesdə zərərçəkənlər yenidən dindirilir.

Ona görə də məhkəmədə dindirilməyən və adları zərərçəkmiş siyahısında olan şəxslərin prosesdə iştirakı üçün xəbərnamələr verilib.

Şahidlərin prosesdə yenidən dindirilməsi məhkəmə tərkibindəki hakim Siyavuş Hacıyevin qəfil vəfatı və yeni təyin olunmuş hakimin verilmiş ifadələrdən məlumatsız olması ilə əlaqədardır. Tərkibə yeni hakim təyin edildiyindən məhkəmə istintaqı yenilənib.

Hazırda iş üzrə zərərçəkənlərin yenidən dindirilməsi həyata keçirilir. Prosesdə 7 zərərçəkən dindirilib.

Əvvəlki məhkəmə iclaslarında müttəhim Nofəl Hacıyevlə qayınatası Tahir Qədəşov arasında mübahisə yaranıb. Nofəl Hacıyev vətəndaşlardan aldığı pulları şərik münasibətlərinin olması səbəbi ilə qayınatası Tahir Qədəşova verdiyini, sonuncunun külli miqdarda vəsaiti “Atlant” İstirahət Mərkəzinin genişləndirilməsinə yönəldildiyini deyib. Bildirib ki, Tahir Qədəşovla “Təbriz” MTK-da rəsmi qaydada şərik olublar.

“Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardakı payıma düşən pulu verin, bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! Sizə görə insan alveri idarəsinə dəfələrlə getmişəm. Nəyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var. Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, “Atlant” da qalacaq.

Siz isə qərəzçiliyə keçdiz. Mənimsə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları ortaya çıxarın. “Təbriz”in, “Halal”ın pulları “Atlant”dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər. Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayətə bu adam sürükləyib”, - deyə Nofəl Hacıyev məhkəməyə verdiyi ifadəsində qayınatasını ifşa edib.

O, “Atlant”ın inkişafı və böyüdülməsi ilə bağlı işlərin daha çox qayınatası Tahir Qədəşovun təşəbbüsüylə aparıldığını bildirib:

“Tahir Qədəşov “Atlant”da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, “Atlant”ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam”.

Zərərçəkənlər müttəhim Nofəl Hacıyevin dedikləri ilə əsasən razılaşırlar. Deyirlər ki, onlar mənzil almaq üçün verdikləri pulların hara xərclənməsinin araşdırılmasının tərəfdarıdırlar.

Cinayət işi üzrə əsas müttəhim Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur.

N.Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Əldə etdiyi pulları isə “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığı bildirilir.

Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub.

İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Onlar Tahir Qədəşovun həbsini tələb edirlər.

Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidiylə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.

“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var.

“Atlant” maksimum xidmət göstərən böyük bir kompleksdir.

Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev “Təbriz” MTK-da vətəndaşlardan toplanan pulların böyük hissəsinin “Atlant” Ailəvi İstirahət Mərkəzinin inkişafı üçün istifadə edildiyini vurğulayıb. Tahir Qədəşov isə çıxışlarında “Atlant”ın gəlir gətirmədiyini, əksinə, ziyanla işlədiyini bildirərək bütün gəlirlərin kredit borclarına yönəldildiyini iddia edib. Lakin məhkəmə iclasında məlum olub ki, “Atlant” hər il təqribən 10 milyon manat gəlir əldə edir.

Tahir Qədəşov məhkəmədə “Atlant”da illik gəlirin artırılmasına yönəlmiş bir sıra maliyyə əməliyyatları həyata keçirildiyini vurğulayıb. Nofəl Hacıyevin vəkilinin sualına cavab verərkən Tahir Qədəşov “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı məsələyə də toxunub. O bildirib ki, Nofəl Hacıyev ildə yalnız iki dəfə “Atlant”a gəlib, əgər o, şərik olsaydı, müntəzəm olaraq bu istirahət mərkəzində daha çox vaxt keçirərdi.

Bu vaxtdan sonra zərərçəkənlər məhkəmədə verdikləri ifadələrdə “Atlant”ın təmiri və tikintisi ilə bağlı detala varıblar. Zərərçəkənlərdən biri, Məmmədəli İsmayılov Tahir Qədəşova qarşı sərt ittihamlar irəli sürüb. O, Tahir Qədəşovun pulları necə xərclədiyini, “Təbriz” MTK-nın necə idarə olunduğunu sual edib.

Tahir Qədəşovun üzünə “Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm” deyə bildirib.

Məhkəmə iclaslarında bir neçə vacib məsələ də müzakirə edilib. Məsələn, Nofəl Hacıyev bildirib ki, “Atlant”ın təmiri və inkişafı ilə bağlı sərmayələrin qarşılığında heç bir ödəniş almayıb və yalnız şəxsi münasibətləri ilə işləri həyata keçirib.

Məhkəmədə incələnən sənədlərdən bəlli olub ki, “Atlant”ın inkişafına yönəldilən vəsaitlərin böyük hissəsi qeyri-rəsmi şəkildə, yəni “qara mühasibatlıq” vasitəsilə həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri