Icma.az
close
up
RU
1978 ci il konstitusiyasına Azərbaycan dili necə daxil edilib?

1978 ci il konstitusiyasına Azərbaycan dili necə daxil edilib?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər bir xalqın kimliyini, tarixini və mənəvi varlığını yaşadan ən mühüm amillərdən biri onun dilidir. Azərbaycan dövləti üçün də ana dilimiz, sadəcə, bir ünsiyyət vasitəsi deyil, milli mənəviyyatımızın, dövlətçiliyimizin və azadlıq ruhumuzun simvoludur. Məhz buna görə də müstəqil Azərbaycanın siyasi kursunda dil siyasəti daim prioritet istiqamətlərdən biri kimi dəyərləndirilir. Azərbaycan dili bizim millət olaraq keçmişimizə, bu günümüzə və sabahımıza açılan mənəvi körpüdür. Bu dil əsrlərin sınağından keçmiş, bəzən qadağalarla üz-üzə qalmış, lakin heç vaxt sarsılmayıb.

Bu sözləri Teleqraf-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan dili öz doğma torpağında dövlət dili statusuna sahibdirsə, bu, hər şeydən öncə xalqın iradəsi və Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində mümkün olub: “Lakin bu gün böyük fəxrlə danışdığımız bu mövqe tarixin hər mərhələsində bunca asan əldə olunmayıb. Keçmiş SSRİ dönəmində, xüsusilə də 1970-ci illərdən sonra milli dillərə qarşı ideoloji təzyiqlərin artdığı bir dövrdə dil məsələsini gündəmə gətirmək böyük cəsarət tələb edirdi. 1977-ci il sovet konstitusiyası milli dillərin sıxışdırılmasına yeni hüquqi çərçivə yaratdı. Belə bir siyasi mühitdə az qala bütün respublika rəhbərləri susmağa üstünlük verdiyi halda, Azərbaycanın rəhbəri Heydər Əliyev dil məsələsində açıq mövqe sərgilədi. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi sıradan bir hüquqi akt deyildi. Bu qərar azərbaycançılıq məfkurəsinin ilk böyük təntənəsi, milli iradənin təzahürü olmaqla yanaşı gələcək müstəqilliyimizin təməlinin səssiz, amma qətiyyətli şəkildə qoyulması idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə münasibətdə yalnız tarixi ədaləti bərpa etməklə kifayətlənmədi. Onun dil siyasəti genişmiqyaslı, strateji yanaşmaya əsaslanırdı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” olaraq təsbit edilməsi, milli dövlətin hüquqi və ideoloji simasını formalaşdırdı. Bu, həm də dilin rəsmi-mənəvi statusunun bütün sahələrdə təminatı üçün hüquqi zəmin yaratdı. Ardınca 2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun, dilin yalnız hüquqi statusunu deyil, onun praktik tətbiqinin təmin olunmasını da dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Bu sənədlər Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması üçün real idarəetmə mexanizmləri yaradırdı. Ulu Öndər bu addımlarla göstərdi ki, dilin qorunması təkcə mədəniyyət deyil, milli təhlükəsizlik, milli kimlik və milli birlik məsələsidir. Ulu Öndər vurğulayırdı ki, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu sadə, lakin olduqca dərin fikir Azərbaycan dövlətinin dil siyasətinin fəlsəfəsini açıq şəkildə ifadə edir”.

Deputat Azərbaycan dilinin bu gün yalnız ölkə daxilində deyil, bütün dünyada yaşayan milyonlarla soydaşımız üçün milli birliyin, mənəvi vəhdətin dayağı olduğunu söyləyib: “Ana dilimiz nəinki klassik ədəbiyyatımızın və musiqimizin daşıyıcısıdır, həm də çağdaş Azərbaycanın informasiya məkanında, elmdə, texnologiyada, hüquqda və digər sahələrdə öz gücünü sübut edib. Bu isə sistemli və ardıcıl siyasətin nəticəsidir. Bugünkü Azərbaycan gənci öz ana dilində düşünür, yaradır, öz dövlətini bu dildə tanıyır və dünyaya təqdim edir. Ulu Öndərin dil siyasəti bu gün də uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev rəhbərliyi ilə aparılan milli siyasət nəticəsində Azərbaycan dili daha da gücləndirilib, qlobal səviyyədə tanınan bir dilə çevrilib. Təhsil, media, diplomatiya və informasiya texnologiyaları sahəsində dilimizin mövqeyi ilbəil güclənir. Yeni nəsil vətəndaşın ana dili ilə yüksək səviyyədə təchiz olunması dövlətin strateji hədəfləri sırasındadır. Bununla yanaşı, avqustun 1-nin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi təsis olunması, dilin tədrisinə yönəlik islahatlar, terminoloji komissiyaların fəaliyyəti və digər tədbirlər ana dilimizin inkişafının davamlılığını təmin edir. Bu, həm də onu göstərir ki, dil məsələsi müasir Azərbaycanın milli ideologiyasının mərkəzində yer alır”.

Hicran Hüseynova hesab edir ki, Azərbaycan dili milli kimliyimizin daşıyıcısı olmaqla yanaşı, həm də dövlət müstəqilliyimizin təntənəsidir: “Bu dilin hər bir sözü, hər bir səsi tariximizin, ədəbiyyatımızın, ağrımızın və qürurumuzun daşıyıcısıdır. Ana dilimiz yalnız ədəbiyyatımızın deyil, həm də ruhumuzun dilidir. Bu dili qorumaq, yaşatmaq və zənginləşdirmək isə təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Bu gün Azərbaycan dilinə sahib çıxmaq dövlətçiliyimizə, müstəqilliyimizə və gələcəyimizə sahib çıxmaq deməkdir. Çünki biz bir xalq olaraq nə qədər güclü, nə qədər müasir və inkişaf etmiş olsaq da, öz ana dilimizi yaşatmadan heç bir halda bütöv ola bilmərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri