Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

1990 cı illərdə vuruşan oğullar Heydər Əliyevin sovet Azərbaycanında formalaşdırdığı nəsildir

1990 cı illərdə vuruşan oğullar Heydər Əliyevin sovet Azərbaycanında formalaşdırdığı nəsildir

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

15 iyun milli siyasi təqvimdə yalnız 1993-cü ilin hadisələri ilə bağlı deyil - çarizmdən Cümhuriyyətə, Sovetlərdən müstəqilliyə qədər yüz ilin tarixiləşən simvoludur.

1920-ci ildə Demokratik Respublika süquta uğradı. Lakin plan Azərbaycanı sovetləşdirməklə bitmirdi, həm də yad rəhbərləri xalqımıza hakim təyin etmək idi. Bolşeviklər hakimiyyətinin ilk 13 ilində respublikamıza başçılıq edən 11 nəfərdən yalnız ikisi etnik azərbaycanlı idi. Qalanları erməni, gürcü, yəhudi, ruslardı.

1926-1929-cu illərdə Levon Mirzoyan respublikamıza rəhbər təyin edildi. Daha sonra Ruben Rubenov. Torpaqlarımıza iddiası olan bir xalqın nümayəndələrini gətirib bizə başçı qoyurdular. Nəhayət, yerli kadr Mircəfər Bağırov milli quruculuq və repressiyaları eyni qələmlə imzaladığı üçün tarixdə ziddiyətli şəxs kimi qaldı.

İki əsr boyu Azərbaycana ya çarizmin canişinləri, ya qırmızı komissarlar, ya da Moskvanın adamları başçılıq edirdi – 1969-cu ildə ilk dəfə bir şəxsiyyət həm Azərbaycanın, həm də imperiyanın rəhbəri oldu. Əsil Milli Qurtuluş həmin tarixdən başlanır. Atatürkdən fərqli olaraq, Ulu öndər altı yüz illik tarixi miras üzərində yox, totalitar sistemin içindən xalqını gələcək müstəqilliyə hazırlayaraq dövlət qurdu.

Heydər Əliyevin Kremldən Bakıya, oradan Naxçıvana, nəhayət 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir.

1990-cı illərdə bir yazıçı parlament tribunasından "Qarabağ heç vaxt indiki qədər bizim olmayıb" demişdi. Halbuki Qarabağ yalnız indi - təkcə işğaldan yox, həm də milli dövlətçiliyimiz üçün iki əsrlik minaya çevrilməsinə son qoyulandan sonra - həqiqətən də heç vaxt indiki qədər bizim olmayıb. Bəli, "erməni məsələsi" Azərbaycan coğrafiyasından kənara çıxarılıb.

Lakin təkcə azad Qarabağ yox, həm də Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb. Bakı da, neft də, torpaqlar da, bayraq da - bir sözlə, müstəqil dövlətin sahibi xalqımızdır. Azadlıq təkcə sovetlərdən xilas, yaxud 1993-cü ilin xaosundan qurtulmaq deyil, əsil Milli Qurtuluş iki əsrlik savaşın qalibi olmaqdır.

Prezident torpaqlarımızın azadlığından danışanda "mənim dövrümdə yetişən vətənpərvər gənclik" sözünü qürurla vurğulayır. Həqiqətdir. Lakin tarixə ədalətlə baxsaq, 1990-cı illərdə Ermənistanın təcavüzünə qarşı vuruşan oğullar da məhz Heydər Əliyevin sovet Azərbaycanında formalaşdırdığı nəsildir. Onlar məğlub olmadılar. Uduzan rəhbərlər idi.

Hər iki Qarabağ müharibəsi mahiyyətcə vahid bir savaşdır. Birincisi yarımçıq qalmışdı: çünki Ali Baş Komandansız idi. İkincisi İlham Əliyevin liderliyi ilə qalibiyyətlə başa çatdı: hər iki nəslin birgə iradəsindən Qələbə bayrağı ucaldı.

Biz Qurtuluşdan Zəfərə gələrək məğlubiyyət və işğala son qoyduq, imperiya paytaxtlarından idarə olunmaqdan, daimi torpaq itkilərindən, ömürlük köçkünlükdən əbədi xilas olduq.

Zahid ORUC,

millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see342

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see305

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see281

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see278

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see275

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see259

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see257

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see256

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see255

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see254

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see247

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see240

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see236

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see235

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see234

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see225

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see218

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see203

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see198

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri