Icma.az
close
up
RU
Sovet Azərbaycanında müftə benzin FOTO

Sovet Azərbaycanında müftə benzin FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Sovet Azərbaycanında yanacağın ucuz olması barədə yaşlı nəsil hələ də danışır. Bəs bu danışılanlar həqiqətə nə qədər uyğundur? Həmin dövrdə yanacaq qiymətləri ata-babalarımızı qane edirdimi?

Avtosfer.az xəbər verir ki,  sovet dövründə, daha doğrusu 70-80-ci illərdə ən populyar yanacaq Ai-76 və Ai-93 markalı benzinlər idi. Bunların qiyməti müvafiq olaraq 8 və 10 qəpik idi. Nəzər alaq ki, həmin dövrdə ABŞ dollarının rəsmi kursu 60 qəpik idi! “Jiquli”nin yanacaq çənini tam doldurmaq üçün 3 rubl 90 qəpik verilməli idi. Orta maaş isə 110-120 rubl idi.

Buna görə də sürücülər aşağı oktanlı yanacqala işləyən Moskviç, Volqa və ya Zaporojest modellərinə üstünlük verirdilər. 80-ci illərin ortalarında onlar da tədricən yüksək oktana keçirildilər. 

Qeyd etdiyimiz kimi 1 dəfəyə benzinə 4 rubl pul ödəmək sürücülərin çoxu üçün xoş deyildi. Çarə tapılmalı idi: kimi mühərrikə elektron alışdırma sistemi quraşdırır (VAZ-2108 mühərrikindəki kimi), kimi də əlavə araqat qoyurdu. 
Elektron alışdırma üçün detalları tapmaq çox çətin olsa da, onun sayəsində mühərrikin gücü artır, sərfiyyat azı 1 litr aşağı düşürdu. Əlavə araqatda isə tam əksinə, güc azalırdı. Kompressiya aşağı düşdüyü üçün maşına artıq 76 oktanlı benzin doldurmaq olardı. Lakin 1 litrdə 2 qəpik fərqə görə bunu etməyə dəyərdimi?

İş burasındadır ki, belə əmələ əl atan sürücülər yanacağı qanuni yolla YDM-dən deyil, avtobus və yük avtomobili sürücülərindən alırdılar. Sovet dövründə avtoparklar əsasən QAZ, PAZ, ZİL və LAZ-lardan ibarət idi. Onların yanacaq sərfiyyatı yüksək olmaqla yanaşı, nəzarət də zəif idi. Sürücülər gün ərzində artıq qalan və ya oğurlaya bildikləri yanacağı litri 4-5 qəpikdən “Jiquli” sahiblərinə satırdılar. Əsgərlər və yanacaq xidmətində işləyən praporşiklər isə daha ucuz mal təklif edirdilər. Ural-375 avtomobillərinin olduğu bazalarda isə mülki sürücülərdən fərqli olaraq 93 oktan benzin satmaq imkanı olurdu. 

Lakin bir zümrə də vardı ki, onlar yanacağa ümumiyyətlə pul vermirdi. Söhbət avtobazalarda, kolxoz qarajlarında, yanacaq bazalarında işləyənlərdən gedirdi. Onlar üçün benzin praktik olaraq müftə idi. Hər şey vicdana qalırdı.
Uzun illər qiyməti dəyişməyən benzin Qorbaçovun hakimiyyətə gəlməsindən sonra 40 qəpik oldu. Bu da müəssisələrdə və hərbi hissələrdə benzin oğurluğunu adi hala çevirdi.

Hörmətli oxucu. Bu gün hansısa bahalı avtomobilin sürücüsünün 92 oktanlı yanacaq alması səni təəccübləndirməsin. Bu, maddi vəziyyətdən daha çox, dədə-baba ənənəsinin davamıdır. 

PS. Sovet dövründəki benzin qiyməti kiməsə ucuz görünə bilər. Lakin, real gəlirlə müqayisə edildikdə heç bir ucuzluq görünmür.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri