Icma.az
close
up
RU
Sovet Azərbaycanında avtomobillə bağlı qadağalar FOTO

Sovet Azərbaycanında avtomobillə bağlı qadağalar FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan SSR tariximizdə özünəməxsus yeri olan siyasi quruluşdur. Təxminən 70 il mövcud olmuş siyasi sistemə münasibət birmənalı olmasa da, bu zaman kəsimində baş vermiş hadisələr maraq doğurur.  Sovet dövrü Azərbaycan xalqının həm də elm, texnika və avtomobillə kütləvi tanışlıq dövrüdür. Lakin, unutmayaq ki, Azərbaycan SSR adambaşına düşən avtomobil sayına görə yalnız Tacikistandan irəlidə idi. Sovet Azərbaycanında bütün SSRİ-də olduğu kimi avtomobillə bağlı çox sayda qadağa vardı. İndi bu qadağalar gənc nəslə qəribə görünə bilər. 
Avtosfer.az bu qadağalardan bəzilərini təqdim edir.

Minik avtomobilləri ilə bağlı qadağalar

Minik avtomobili alan şəxs onu 3 il ərzində sata bilməzdi. Hətta bu barədə qeydiyyat şəhadətnaməsində müvafiq qeyd də vardı. Lakin çıxış yolu da vardı: etibarnamə ilə satmaq.  Bu ənənə indi də davam edir. Sürücülük vəsiqəsi alan şəxs 3 il ərzində avtomobil almasa vəsiqə qüvvədən düşürdü. 30-cu illərdən tətbiq olunan qayda 1980-ci illərin sonunda yumşaldıldı.
Bir nəfərin adına 2 avtomobilin olması da yolverilməz idi. Maşını təzələmək istəyən şəxs yalnız köhnəni satıb adından çıxardıqdan sonra yenisini ala bilərdi.

Ən maraqlı qadağalardan biri də sərnişindaşıma ilə bağlı idi. Şəxsi avtomobildə sərnişin daşımaq  (dan. xaltura) qadağan idi. Bu əməl “asan qazanc əldəetmə” kimi tövsif edilir və sürücünü cərimə gözləyirdi. İstehsal vasitələrinin dövlətə aid olduğu sistemdə şəxsi avtomobillə pul qazanmağa icazə verilmirdi. Bəzən elə olurdu ki, yol müfəttişi (DAM) avtomobili saxlayaraq sürücüdən sərnişini tanıyıb-tanımadığını soruşurdu. Sərnişin və sürücü bir-birini tanımadıqda vəziyyət xoşagəlməz olurdu.
Gənc sürücülər üçün qadağa1982-ci ildə yol hərəkətinə dair yeni qaydalar tətbiq edildikdə ortaya çıxdı. Qaydaya görə bütün sovet məkanında sürət həddi 90 km/saat müəyyən edildi. 3 ildən az təcrübəsi olanlar üçünsə bu limit 70 km/saat idi.


Yük avtomobilləri və avtobuslara gəlincə. Bu texnika istehsal vasitələri hesab olunduğu üçün onların satışı qadağan idi. 1988-ci ildə SSRİ-də “Kooperasiya haqqqında Qanun” qəbul edikdikdən sonra sözügedən texnikanın satışına icazə verildi. Bir müddət sonra kənd təsərrüfatı texnikasının da satışı sərbəstləşdi. 
Lakib bu azadlıqlar heç də demokratikləşmə göstəricisi deyildi. Artıq ölkə iqtisadiyyatı çökürdü. Hökumət müəssisələrə və kolxozlara pul ayırmır, texnikalar zavodların anbarında qalaqlanırdı. Mənəvi amortizasiya keçirmiş sovet texnikasına xaricdə də maraq yox idi. Digər tərəfdən, ilkin kapital toplamış qeyri-rəsmi sovet milyonçuları artıq ZİL, QAZ-53, RAF və sair əldə edə biləcək qədər varlanmışdılar. 


Satışı qadağan edilən texnika təkcə yük maşınları və avtobuslar deyildi. Əlillər üçün nəzərdə tutulmuş texnikanı əlilliyi olmayan şəxs ala bilməzdi.
Azərbaycan SSR-də avtomobillə bağlı mövcud olan bir çox qadağa müstəqilliyin ilk illərində də davam etdi. 

Vüqar

PS. Sovet dövründə avtomobil jurnalistikası da sərbəst deyildi. Avtomobillə bağlı mətbuata tətbiq edilmiş qadağalar barədə 22 iyul Milli Mətbuat Günündə ayrıca material hazırlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 İyul 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri