1990 cı və 2000 ci illərin ayaqqabıları yenidən dəbdə
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
1990-cı və 2000-ci illərdə xüsusilə populyar olan ayaqqabı modelləri bu payız yenidən dəb dünyasının əsas trendləri sırasına daxil olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni mövsümdə hündür platformalı ayaqqabılara maraq artıb. Platformalı sandallar, başmaqlar və qalın altlıqlı idman ayaqqabıları yenidən populyarlıq qazanıb. Bununla yanaşı, Mary Jane üslubunda ayaqqabılar da geri qayıdıb.
2000-ci illəri xatırladan “jelly” sandallar və tor materialdan hazırlanan baletkalar da payızın dəbli modelləri arasında göstərilir. Lakin əvvəlki illərdən fərqli olaraq, bu dəfə parlaq rənglər əvəzinə daha sakit və neytral tonlara üstünlük verilir.
Yeni mövsümdə kvadrat burunlu bot və çəkmələrə də diqqət yetirmək tövsiyə olunur. Belə ayaqqabılar 1990-cı illərin dəbinin xarakterik elementlərindən biri olub. Həmin dövrdə supermodel Sindi Krouford və aktrisa Holli Berri də bu tip ayaqqabılara tez-tez üstünlük veriblər.
Beləliklə, 2026-cı ilin payız ayaqqabı dəbində nostalji tendensiyası davam edir və təxminən 20-30 il əvvəl məşhur olan modellər yenidən gündəmə gəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 10 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















