2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cari ilin 6 ayında prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, onlardan 6-na töhmət və ya şiddətli töhmət verilib, 2 nəfər isə tutduğu vəzifədən azad olunub.
Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, nümunəvi fəaliyyətlərinə görə 110 prokurorluq işçisi həvəsləndirilmiş, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 30 ştat vahidi üzrə 28-ci növbəti müsabiqə elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 24 İyul 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















