Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini “Daily Mirror” nəşri yayıb.
Diyetoloq vurğulayıb ki, virusları müalicə edən və ya onlardan tam qoruyan xüsusi qida mövcud deyil. Onun sözlərinə görə, xəstəliklərə qarşı möcüzəvi məhsul axtarmaqdansa, qida maddələri ilə zəngin, müxtəlif və təbii məhsullardan ibarət yeməklərə üstünlük vermək lazımdır.
Koks immun sisteminin fəaliyyətini dəstəkləmək üçün yağlı balıq, yumurta, ət, süd məhsulları və paxlalı bitkilərin müntəzəm istehlakını tövsiyə edib. O, həmçinin kifayət qədər zülal qəbul etməyin vacibliyini qeyd edib. D vitamini və sinklə zəngin qidaların rasiona əlavə olunması da faydalı hesab edilir.
Bununla belə, diyetoloq düzgün qidalanmanın virusa yoluxmadan qorunmağa zəmanət vermədiyini bildirib.
Soyuqdəymə mövsümündə yoluxma riskini azaltmaq üçün əlləri tez-tez yumaq, qapalı məkanları havalandırmaq, kifayət qədər yatmaq və tövsiyə olunan peyvəndləri vurdurmaq da məsləhət görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 Oktyabr 2026 02:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















