Icma.az
close
up
RU
20 ildən çoxdur icra başçısı işləyən məmurlar ADLAR

20 ildən çoxdur icra başçısı işləyən məmurlar ADLAR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəmiyyətin diqqət mərkəzində olan məsələlərdən biri də şəhər və rayonlara təyin olunan icra başçılarının fəaliyyətidir.
İndiyə qədər ölkənin rayon və şəhərlərinə çoxsaylı icra başçıları təyin edilib. Yeni təyinatlar içərisində isə gənc kadrlar üstünlük təşkil edir. Bununla belə, 20 il və daha çox olmaqla uzun müddət bu vəzifədə çalışan məmurların sayı da az deyil.
Bizim.Media 20 il və daha çox olmaqla icra başçısı vəzifəsində işləyən məmurların siyahısını təqdim edir.
Eyvaz Hüseynov
Ən stajlı icra başçısı Eyvaz Hüseynovdur. 2 iyul 1992-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Artıq 33 ildir ki, bu vəzifəni daşıyır. Birinci Qarabağ müharibəsi veteranıdır.
Adil Məmmədov
Adil Məmmədov artıq 31 ilə yaxındır ki, icra başçısı işləyir. O, 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı olub. 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. İndi də bu vəzifədədir.
Novruz Novruzov
N.Novruzov ən uzun ömürlü icra başçıları sırasında üçüncü yeri tutur. O artıq 30 ilə yaxındır müxtəlif rayonlarda icra başçısı olaraq çalışır. 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 2019-cu ilin aprelin 5-dən isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı olaraq çalışır.
Taleh Qaraşov
1996-2002-ci illərdə Kürdəmir rayon, 2002-2006-cı illərdə Cəlilabad rayon, 2006-2011-ci illərdə Neftçala rayon, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2012-ci ilin aprelin 14-dən üzü bəri Lənkəran şəhər İcra hakimiyyətinin başçısıdır.
Eldar Əzizov
2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon, 2003–2011-ci illərdə Gəncə şəhər, 2011–2015-ci illərdə Sumqayıt şəhər, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 16 iyul 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. 15 noyabr 2018-ci il  isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Şahmar Usubov
2000-ci ilin dekabrın 21-dən bəri Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.
Malik İsaqov
08.09.2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilib və 24 ildən çoxdur ki bu vəzifəni icra edir.
Abdin Fərzəliyev
2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Daha sonra, 2005-ci ilin dekabr ayından 19 yanvar 2022-ci il tarixədək Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb. Son olaraq, 19 yanvar 2022-ci ildə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib.
Süleyman Mikayılov
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2010-cu ildən bu rayona rəhbərlik edir. Ona qədər isə qısa müddətdə, 2005-ci ilin 13 mayından 21 dekabrına qədər Yardımlı rayonunda icra başçısı işləyib. 2005-2010-cu illərdə isə Lənkəran şəhərinə rəhbərlik edib.
Vidadi İsayev
O, 20 ildir ki, icra başçısı kimi iş təcrübəsinə malikdir. Bərdə rayon İcra Hakimiyyətinin başçısı V. İsayev 2011-ci ildən bu rayona rəhbərlik edir. Vidadi İsayev 2011-ci ilə qədər isə Tərtər (2005-2011) rayonunun icra başçısı olub.
Zakir Fərəcov
O, 2005-2015-ci illərdə Abşeron rayonunda icra başçısı vəzifəsində çalışıb. 2015-ci ildən üzü bəri isə Sumqayıta rəhbərlik edir.
İlqar Abbasov
İ. Abbasov 2019-cu ildən Şirvanın icra başçısıdır. O, buna qədər Nərimanov (2004-2005) və Suraxanı (2005-2019) rayonunda icra başçısı vəzifəsində işləyib.
Rüfət Sultan, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri