Vuçiç növbədənkənar parlament seçkilərində məğlub olduqlarını açıqlayıb
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç liderlik etdiyi "Aleksandar Vuçiç – Birləşmiş Serbiya" seçki siyahısının keçirilən növbədənkənar parlament seçkilərində məğlub olduğunu bildirib.
"Report"un Balkan bürosu xəbər verir ki, Vuçiç Serb Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı yekun nəticələrin hələ məlum olmadığını, lakin mövcud məlumatlara əsasən, seçkiləri uduzduqlarının aydın olduğunu deyib.
O bildirib ki, "Tələbə siyahısı"nın 135–140, özünün rəhbərlik etdiyi siyahının isə təxminən 105 mandat qazanacağı gözlənilir.
"Yekun nəticələrimiz yoxdur. Çoxları təəccüblənəcək və bəzilərinin nə qədər yalan danışdığını, nələr uydurduğunu anlayacaqsınız. Bildirmək istəyirəm ki, tələbə-blokada tərəfdarlarının siyahısı qalib gəlib. Onlar 135–140 mandat, biz isə təxminən 105 mandat əldə edəcəyik", – Vuçiç qeyd edib.
O əlavə edib ki, Voevodina Macarlarının İttifaqı da parlamentdə təmsil olunacaq.
Vuçiç bundan sonra mübarizəni davam etdirəcəklərini və müxalifətin kim olduğunu göstərəcəklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 26 Oktyabr 2026 02:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















