Icma.az
close
up
RU
20 Yanvar: Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən tarix

20 Yanvar: Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən tarix

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri hesab olunan “20 Yanvar”ın 35-ci ildönümü Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) anılıb.
Newscenter.az xəbər verir ki, anım tədbirində ümummilli lider Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova 20 Yanvar faciəsini xalqımızın azadlıq və müstəqillik yolunda göstərdiyi qəhrəmanlıq və milli iradənin təcəssümü kimi dəyərləndirib. Bildirib ki, 20 Yanvar yalnız Sovet İttifaqının öz vətəndaşlarına qarşı törətdiyi amansız vəhşilik deyil, eyni zamanda bu rejimin süqutunun başlanğıc nöqtəsi idi.
“20 Yanvar azərbaycanlıların azadlıq uğrunda mübarizə əzmini nümayiş etdirdi. Sovet rəhbərliyi xalqımızı qorxuyla susdurmağa çalışsa da səhəri gün şəhidlərimizin dəfninə milyonlarla insan qoşuldu. Bu, xalqımızın SSRİ rəhbərliyinə etiraz səsi, müstəqillik uğrunda mübarizə mesajı idi.” – deyə rektor bildirib.
Rektor çıxışında ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvada Azərbaycanın haqq səsini dünyaya çatdırdığını vurğulayıb. 1993-cü ildən sonra məhz Heydər Əliyevin rəhbərliyi ilə 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilib. Ölkəmizin müstəqilliyi möhkəmlənib, güclü ordu yaradılıb və inkişafının əsası qoyulub.
Ulu Öndərin ordu quruculuğu sahəsində başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bunun nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra əzəli torpaqlarını düşmən tapdağından qurtardı. Həmçinin 44 günlük Vətən müharibəsi xalqımızın milli ruhunu, gəncliyimizin qəhrəmanlığını və mübarizə əzmini bütün dünyaya göstərdi: “Müharibə zamanı Azərbaycan gəncləri, əsgər və zabitlərimiz öz həyatları bahasına böyük qəhrəmanlıq göstərərək xalqımızın şərəfini qorudular. Şuşanın azad olunması ilə yekunlaşan bu mübarizə həm şəhidlərimizin ruhuna ehtiram, həm də tarixi ədalətin bərpası oldu”.
Rektor bildirdi ki, Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq xalqımız bu faciəni yaddan çıxarmır, dərin hörmət və ehtiramla yad edir. Xalqımız kimi AzMİU kollektivi də şəhidlərimizi unutmur və xatirəsini daim uca tutur. Universitetimizdə yaradılan şəhidlər guşəsi bizim üçün müqəddəs bir yerdir, burada şəhid olmuş məzun və əməkdaşlarımızın adları həkk olunub. Bu guşə tələbələrimiz üçün qəhrəmanlıq və vətənpərvərlik guşəsidir. Biz hər zaman şəhidlərimizə borcluyuq, onların fədakarlığı sayəsində bu gün müstəqil və güclü bir dövlətə sahibik.
İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev də çıxışında 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşındakı əhəmiyyətini vurğulayıb. Qanlı Yanvar hadisələrini xalqımızın azadlıq uğrunda başladığı mübarizənin ilkin addımları kimi dəyərləndirib və 44 günlük Vətən mübaribəsi, anti-terror əməliyyatları ilə yekunlaşdığını söyləyib. Gəncləri şəhidlərin qanı ilə yazılan şanlı tariximizi unutmamağa və gələcək nəsillərə ötürməyə səsləyib.
AzMİU-nun Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi, Vətən müharibəsi qazisi Nemət İmanov çıxışında 20 Yanvar hadisələri haqqında ona və onun kimi gənclərə məlumat verən müəllimlərə, ziyalılara təşəkkür edib və bu tarixi yaddaşın 44 günlük müharibə zamanı gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsinə, onların şücaət göstərməsinə təsirindən danışıb.
Anım tədbirinin sonunda iştirakçılar universitetdəki şəhidlər guşəsinə tər güllər düzərək Vətənin qəhrəman oğullarının müqəddəs ruhuna ehtiramlarını ifadə ediblər.

Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Yanvar 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri