20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayır
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
"20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında azadlıq və müstəqillik rəmzi kimi əbədi yaşayır. Azərbaycan xalqı hər il 20 Yanvar günü şəhidlərin xatirəsini dərin ehtiramla anır, abidələri ziyarət edərək onların əziz ruhu qarşısında baş əyir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, bu müqəddəs gün gələcək nəsillərə müstəqilliyin hansı ağır və qanlı bədəl hesabına qazanıldığını xatırladır, xalqımızın azadlıq uğrunda göstərdiyi fədakarlığı bir daha nümayiş etdirir:
"20 Yanvar faciəsi xalqımızın yaddaşında yalnız hüzn və kədər günü kimi deyil, həm də qürur və qəhrəmanlıq nümunəsi kimi əbədi həkk olunmuşdur. Şəhidlərin tökülən qanı ilə Azərbaycanın yeni tarixi yazılmış, bu hadisə xalqımızın qəhrəmanlıq salnaməsinə ən parlaq səhifələrdən biri kimi daxil olmuşdur. Dövlət müstəqilliyimizin bərpası və azadlığımızın təmin olunması yolunda əldə edilən nailiyyətlərin təməlində məhz 20 Yanvar şəhidlərinin fədakarlığı dayanır".
Anar
Bu mövzuda digər xəbərlər:Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq
06 Noyabr 2024 15:15
Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq FOTOLAR
06 Noyabr 2024 14:35
Onların müqəddəs xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq
27 Sentyabr 2025 14:52
Baxış sayı:46
Bu xəbər 19 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















