Icma.az
close
up
RU
20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi ŞƏRH

20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

20 Yanvar faciəsi xalqımızın tariximizdə milli ləyaqətin, azadlıq iradəsinin və qəhrəmanlığın təcəssümü kimi xüsusi yer tutur. Qanlı Yanvar hadisələri Sovet totalitar sisteminin öz vətəndaşlarına qarşı törətdiyi ən ağır cinayətlərdən biridir.1990-cı il yanvar hadisələri təsadüfi şəkildə baş verməmişdi. Bu faciəyə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət alması ilə başlanmışdı. Regionda süni şəkildə yaradılan gərginlik fonunda xalqın haqlı etirazlarını sakitləşdirmək əvəzinə, Sovet rəhbərliyi zorakılıq yolunu seçərək dinc əhaliyə qarşı hərbi güc tətbiq etdi. Bu addım insanlıq əleyhinə törədilmiş ağır cinayət idi.

Həmin il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP) baş katibi Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və bir sıra rayonlara yeridildi. Qadın, uşaq, qoca demədən dinc vətəndaşlar tanklardan, zirehli maşınlardan və müxtəlif tipli silahlardan atəşə tutuldu. Bu, sovet ordusunun işğalçı qüvvəyə çevrildiyini göstərən qanlı sübut idi.

“Bakı əməliyyatı”na birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Filip Babkov rəhbərlik edirdilər. Fövqəladə vəziyyət barədə əhali əvvəlcədən məlumatlandırılmamışdı. Rəsmi olaraq fövqəladə vəziyyət yanvarın 20-də saat 00:00-da tətbiq edilsə də, qoşun hissələri artıq yanvarın 19-da saat 21:00-dan etibarən Türkan–Qala istiqamətindən şəhərə daxil olmuşdu. Fövqəladə vəziyyət elan edilməmişdən əvvəl 82 nəfər qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı.

Kütləvi insan qırğını törədildikdən sonra – 1990-cı il yanvarın 20-də səhər saat 5:30-da Bakı şəhərinin komendantı V.Dubinyak radio vasitəsilə fövqəladə vəziyyət elan edildiyini bildirdi. Həmin vaxta qədər tanklardan və zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Nəticədə respublika üzrə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdi. 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları məhv edilmiş, dövlətə və vətəndaşlara 5 milyon 637 min rubl məbləğində maddi ziyan vurulmuşdu.

20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı bütün siyasi və hüquqi dayaqlarını sarsıtdı. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti pik həddə çatdı, minlərlə insan biletlərini ataraq partiya sıralarını tərk etdi. Bu hadisə Sovet sisteminin artıq xalq iradəsinə qarşı dura bilmədiyini göstərdi.

Faciənin ertəsi günü – yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan etdi. Ulu Öndər 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və humanizmə zidd cinayət adlandırdı, mərkəzi Sovet rəhbərliyini və o dövrkü respublika rəhbərlərini açıq şəkildə ittiham etdi. Bu qətiyyətli mövqe xalqın ruhunu dirçəldən tarixi cəsarət nümunəsi oldu.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Qəbul olunan qərarlarda bu hadisə totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi təsbit edildi, günahkarlar konkret şəkildə göstərildi.

Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi və Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. “20 Yanvar şəhidi” fəxri adı təsis edilmiş, şəhid ailələrinə və hadisələr zamanı əlillik almış şəxslərə dövlətimiz tərəfindən sosial dəstək göstərilmişdir. Son illərdə həyata keçirilən sosial islahatlar nəticəsində təqaüdlər, müavinətlər, mənzil və avtomobil təminatı əhəmiyyətli dərəcədə artırılmışdır.

Prezident İlham Əliyev 20 Yanvar həqiqətlərinin davamlı şəkildə qorunmasını, gənc nəsillərə ötürülməsini, beynəlxalq ictimaiyyətə çatdırılmasını dövlət siyasətinin ayrılmaz hissəsinə çevirib. Onun rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi diqqət və sosial təminat göstərilir, faciə milli azadlıq mübarizəsinin başlanğıc mərhələsi kimi təqdim olunur, 20 Yanvarın ideoloji xətti məntiqi şəkildə tamamlanır. Prezident İlham Əliyevin mövqeyində “20 Yanvar Azərbaycan xalqının sarsılmayan iradəsinin, müstəqillik yolunda verdiyi müqəddəs qurbanların simvoludur”.

Bu gün Azərbaycan xalqı 20 Yanvarı artıq təkcə faciə kimi qəbul etmir, bu tarix milli qürurun, suverenliyin və möhtəşəm Zəfərə aparan yolun başlanğıcıdır.

Saleh Məhərrəmov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:402
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri