Icma.az
close
up
RU
Qəhrəmanlıq və şərəf salnaməsi ŞƏRH

Qəhrəmanlıq və şərəf salnaməsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Sentyabrın 24-də YAP Samux rayon təşkilatında Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanlıq və şərəf salnaməsi” adlı tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları, 44 günlük Vətən müharibəsinin iştirakçıları, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi və əbədi yer tutduğunu bildirib. Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən birinə çevrilib. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, xalqımızın həmrəyliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirib. Bu tarixi Qələbə uzun illər işğal altında qalan torpaqlarımızın azadlığına yol açıb və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib.
Gündüz Bayramov vurğulayıb ki, əldə olunan Zəfərin təməlində Azərbaycan xalqının milli iradəsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. Şəhidlərimizin göstərdiyi misilsiz fədakarlıq isə hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacaq. Şəhidlərin xatirəsini yaşatmaq, onların ailələrinə diqqət və qayğı göstərmək dövlətimizin və cəmiyyətimizin mühüm vəzifələrindən biridir.
Tədbirdə iştirak edən 44 günlük Vətən müharibəsində şəhid olmuş leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxış edərək oğlunun və bütün şəhidlərimizin Vətən qarşısında göstərdiyi qəhrəmanlıqdan danışıb. Bildirib ki, şəhidlərimizin həyatı və döyüş yolu gənc nəsil üçün əsl Vətən sevgisi və vətəndaşlıq nümunəsidir. Şəhid ailələrinə göstərilən diqqət və qayğının onların mənəvi dayağı olduğunu qeyd edən İlham Məmmədov dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqətə görə minnətdarlığını ifadə edib.
Daha sonra tədbirdə iştirak edən 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Aydın Şıxəliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı, Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov, Qarabağlar ərazi partiya təşkilatının sədri Vidadi İsayev və Samux şəhər 6 saylı uşaq bağçasının müdiri Təhminə Nəsibova çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından, şəhidlərimizin fədakarlığından və qazilərimizin şərəfli döyüş yolundan bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın milli iradəsinin, Vətən sevgisinin və həmrəyliyinin parlaq təcəssümüdür. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının davam etdirilməsi hər birimizin mənəvi borcudur. Eyni zamanda, şəhidlərin qəhrəmanlıq yolunun gənc nəslə nümunə kimi çatdırılmasının, onlarda vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda qeyd olunub ki, 27 Sentyabr – Anım Günü Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Şəhidlərimizin adı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlıq salnaməsi gələcək nəsillər üçün daim müqəddəs örnək olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri