Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində ağır faciə olmaqla yanaşı, eyni zamanda milli iradənin, ləyaqətin və azadlıq əzminin sarsılmazlığını nümayiş etdirən şanlı bir səhifədir”. Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Qanlı Yanvar” sovet totalitar rejiminin xalqımıza qarşı törətdiyi ən amansız, insanlıq əleyhinə əvvəlcədən planlaşdırılmış cinayətlərdən biri kimi tarixə düşmüşdür:
“1987-ci ildən etibarən azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri fonunda Sovet rəhbərliyi problemi siyasi və hüquqi yollarla həll etmək əvəzinə, silahsız dinc əhaliyə qarşı ağır hərbi texnika və müxtəlif növ silahlardan istifadə etməklə kütləvi qırğın törətmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən qoşun hissələri qadın, uşaq, qoca demədən günahsız insanları qətlə yetirmiş, Azərbaycan xalqının azadlıq iradəsini qanla boğmağa cəhd göstərmişdir.
Nəticədə 147 nəfər şəhid olmuş, yüzlərlə insan yaralanmış, yüzlərlə vətəndaş qanunsuz həbs edilmiş, dövlətə və şəxsi mülkiyyətə külli miqdarda ziyan vurulmuşdur. Lakin bütün bu vəhşiliklər xalqımızın iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi və Azərbaycan müstəqilliyinə aparan yolun dönüş nöqtəsinə çevrildi.
Bu faciəyə ilk siyasi-hüquqi qiyməti verən Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, ən ağır və təhlükəli şəraitdə xalqın yanında olduğunu nümayiş etdirərək, Sovet rəhbərliyinin cinayətkar mahiyyətini açıq şəkildə ifşa etmiş, 20 Yanvar hadisəsini hüquqa, demokratiyaya və humanizmə zidd olan tarixi cinayət kimi dəyərləndirmişdir. Məhz Ulu Öndərin qətiyyətli mövqeyi sayəsində 1994-cü ildə Milli Məclis səviyyəsində bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində daim uca tutulur. Şəhid ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onlara mənzil, avtomobil, təqaüd və digər sosial təminatların verilməsi dövlətin şəhidlərə və onların ailələrinə olan yüksək ehtiramının bariz nümunəsidir. Hər il yanvarın 20-də ölkə üzrə bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsinin yad edilməsi, dövlət bayraqlarının endirilməsi bu müqəddəs yaddaşın milli şüurda daim yaşadıldığını göstərir.
Bu gün tam əminliklə deyə bilərik ki, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhları şaddır. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyimiz tam şəkildə bərpa olundu.
Bu gün Azərbaycanın üçrəngli Bayrağı ölkəmizin bütün ərazilərində qürurla dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.
Azərbaycan xalqı öz tarixi yaddaşına sadiqdir. Qanlı Yanvar faciəsi bizim milli kimliyimizi möhkəmləndirən, azadlıq və suverenlik ideallarımızı daha da gücləndirən şərəfli və unudulmaz bir dərsdir. Bu irs gələcək nəsillərə ötürüləcək və 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri