“20 Yanvar milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib.
Turkustan.az xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbirdə iştirakçılar əvvəlcə T. Abbasov adına 225 nömrəli tam orta məktəbin “Kiçik Akademiya” üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 20 Yanvar faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva giriş sözü ilə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin, milli həmrəyliyin və sarsılmaz iradə gücünün parlaq nümunəsi olduğunu vurğulayıb.
Tədbir çərçivəsində Uşaq birliyinin rəhbəri Gülnarə Hüseynovanın təşkilati dəstəyi xüsusi qeyd olunub.
Tədbirin aparıcısı Mayrux Cavadova 20 Yanvar hadisələri barədə məlumat verdikdən sonra faciənin tarixini əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində obyektiv hüquqi-siyasi qiymət verilib, şəhidlərin xatirəsi əbədiləşdirilib.
Tədbirin bədii hissəsində T. Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub, 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, həzin mahnılar ifa edilib.
Tədbirdə Yasamal rayon Ağsaqqallar Şurasının sədr müavini Cumar İsayev, Yasamal rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri Vaqif Məmmədov, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri Maral Zamanova, T. Abbasov adına 225 nömrəli tam orta məktəbin direktor müavini, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Zenfira Nusalova, Yasamal rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna Ağayeva iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 16 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















