Icma.az
close
up
RU
İqtisadiyyat Nazirliyində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib

İqtisadiyyat Nazirliyində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyində 20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxış edərək qeyd edib ki, 20 Yanvar – istiqlaliyyətə gedən yol, milli qürur və müqavimət günü kimi Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunub. 20 Yanvar 1990-cı il tarixi xalqımızın mübarizə əzminin və möhkəm iradəsinin simvoludur. 20 Yanvar hadisələrində Azərbaycanın qəhrəman oğul və qızları canlarından keçməklə SSRİ rəhbərliyinin apardığı ədalətsiz və qərəzli imperiya siyasətinə kəskin etirazlarını bildirdilər. İmperiya ordusunun vəhşiliklərinə və Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22‐də yüz minlərlə insan 20 Yanvar şəhidləri ilə vidalaşmaq üçün şəhərin mərkəzinə toplaşdı. Azadlıq meydanında izdihamlı mitinq keçirildi. Bütün bunlar haqq-ədalət, azadlıq, ərazi bütövlüyü və suverenlik uğrunda ümumxalq hərəkatını bariz şəkildə göstərirdi. Xalqımızın qətiyyəti və cəsarəti dövlətimizin müstəqilliyinin bərpası ilə nəticələndi.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın iradəsinin sarsılmazlığını bir daha sübut etdi. Qeyd olunub ki, Azərbaycan xalqının ədalət tələbini, istiqlaliyyət və suverenlik istəyini, Vətən sevgisini boğmaq üçün törədilmiş cinayət azadlıq əzmini qıra bilmədi, əksinə, milli özünüdərk və özünəqayıdış prosesini gücləndirdi. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etməsi, qırğına görə sovet rəhbərliyini, qətliamın təşkilatçılarını sərt ittiham etməsi nəticəsində bu faciəni törədənlər əməllərini gizlədə bilmədilər. 20 Yanvara dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi də, məhz Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olub.

Vurğulanıb ki, 20 Yanvar faciəsindən sonra xalqımız bir yumruq kimi birləşərək suverenliyini bərpa etdi. Sonrakı dövrlərdə Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik siyasətinin uğurla həyata keçirilməsi bu birliyi daha da gücləndirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlüyümüz bərpa olundu.

Tədbirdə 20 Yanvar hadisələri barədə İctimai Televiziyanın hazırladığı film nümayiş etdirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri