Icma.az
close
up
RU
20 yanvar qırğınını törətmiş sovet hərbi QATİLLƏRİ

20 yanvar qırğınını törətmiş sovet hərbi QATİLLƏRİ

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvar müasir Azərbaycan tarixinə həm xalqımızın qəhrəmanlıq nümunəsi ortaya qoyduğu, həm də qanlı bir qırğının baş verdiyi ay kimi düşüb. 20 yanvar gecəsi sovet ordusunun Bakıda tanklardan, pulemyot və avtomatlardan açdıqları atəş səsləri vəhşicəsinə qətlə yetirilmiş sadə sovet vətəndaşı olan xeyli sayda azərbaycanlı üçün “əcəl zəngi”nə çevrildiyi kimi, elə 1990-cı ilin şaxtalı qış günü şəhər küçələrində yerə sərilmiş insan cəsədləri üzərindəki ağlaşma, hayqırtı və gəmilərdən səslənən boğuq etiraz siqnalı həm də SSRİ-nin süqutunu elan edən final fiti oldu.

Bu qəddar akta qol çəkən SSRİ prezidenti Mixail Qorbaçov və sovet hərbi rəhbərliyi günahsız insanların ölümüylə imperiyanı qoruyub saxlamağa çalışsalar da, bu qanlı haqdisə Azərbaycanın müstəqilliyi uğrunda baş qaldıran böyük bir hərəkatın əsasını qoydu…

Bu qanlı cinayət isə Rusiyanın müxtəlif yerlərində ehtiyatda olan rezervistlərin əli ilə həyata keçirilimişdi. Ordu ilə birgə hərəkət edən bu başkəsənlər Bakıda dinc əhaliyə qarşı xüsusi qəddarlıqla seçilmişdilər.

AzPost “Fotoxronika” layihəsi çərçivəsində bir fotonu təqdim edir:

Bakı. 18 yanvar. 1990-cı il. Qala hərbi aerodromu.  Rostovdan gətirilmiş “rezervist”lər Bakıdakı sovet hərbi hissələrinə aparılır.

Hərbi paltar geymiş bu cəlladlar 2 gün sonra Bakıda xalqı gülləbaran edəcək, 100-lərə dinc sakini – qoca, qadın, uşağı öldürəcəklər.

Onları elə qırğından sonra da bu nəhəng təyyarə ilə geriyə aparacaqlar. “Mavr işini gördü, mavr gedə bilər”.

Amma cinayətin qanlı ləkəsi onların ömründə əbədi qalacaq.

Bu şəkil  cəlladların açıq yayılan ilk fotosudur. Həmin gecə tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarmı basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə – Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-ci il yanvarın 20-də Azərbaycanı itirdi.

Yanvarın 20-nə keçən gecə 131 insan öldürüldü: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almışdı, 4-şəxs itkin düşdü, 400 nəfər isə həbs edildi.  Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdi. Həmçinin fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.  Sonradan araşdırmalar aparan Moskvadakı “Şit” (“Qalxan”) adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış etdi.

Bu hərbi cinayətin sifarişçiləri və icraçıları hələ də cəzalarını almayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Yanvar 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri