Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Keçmiş Sovet İttifaqının Türkiyəyə saxta ittihamı

Keçmiş Sovet İttifaqının Türkiyəyə saxta ittihamı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Yaxud “erməni soyqırımı” yalanı dünya gündəminə necə gətirildi? 

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-a səfərə hazırlaşır. Onun məqsədinin burada keçiriləcək dini sammitdə iştirak deyil, Ağ Evin yeni administrasiyasının qılığına girmək və təbii ki, “Blinken–Mirzoyan xartiyası”nın müzakirəsini gündəmə gətirmək olduğu aydındır. Amerikada erməni diaspor qurumları da Paşinyanı gözləməkdədir. Şübhəsiz ki, əsas sual Hayastan baş nazirinin İsveçrədə qondarma “erməni soyqırımı” məsələsinə yanaşması ilə bağlıdır. ABŞ-da erməni toplumunu siyasi cinahdan, əsasən, Erməni İnqilabi Federasiyası–Daşnaksütyun partiyası təmsil edir. Uzun illər bu təşkilat fəaliyyətini məhz qondarma “erməni soyqırımı” üzərində qurub. İndi Paşinyanın İsveçrədə verdiyi “niyə 1939-cu ildə erməni soyqırımı barədə danışmırdılar?” sualının aydın cavabı var. Bu, keçmiş Sovet İttifaqının Türkiyəyə qarşı qurama ittihamı olub, 50-ci illərdən əvvəl və sonra rus tarixçilərinin özlərinin də etiraf etdikləri bir uydurmadır.

“Biz ermənilərin “soyqırımı”nın tarixi məsələsinə qayıtmalıyıq. Nə baş verdiyini və niyə baş verdiyini başa düşməliyik. Biz bunu necə, kimin köməyi ilə qəbul etdik? Necə oldu ki, 1939-cu ildə “soyqırım” gündəmdə yox idi, amma artıq 1950-ci ildə gündəmə gəldi?”. Bu sualı verən Nikol tarixçi olmadığından onun cavabını açmaqda çətinlik çəkə bilər. 

1945-1946-cı illərdə Türkiyəyə qarşı siyasi təzyiq metodu kimi bu məsələ gündəmə gətirilmişdi. Həmin vaxt SSRİ Türkiyədən torpaq tələb edir, İstanbul boğazlarında hərbi baza imtiyazı almaq istəyirdi. Türkiyə NATO-ya daxil olduqdan sonra “soyqırım” təhdidləri intensiv xarakter almağa başladı. Uşağa da aydındır ki, Türkiyə NATO-ya daxil olandan sonra SSRİ Türkiyəni özünə rəqib dövlət kimi görür və ona qarşı ideoloji cəbhədə erməni amilindən istifadə edirdi. “Soyuq müharibə”nin qızışdığı 50-ci illər bunun başlanğıcı oldu. Erməni və digər millətlərdən olan müəlliflər Türkiyənin əleyhinə kitablar yazır, filmlər çəkirdilər. 

1965-ci ildə İrəvan yaxınlığındakı Sərdarabadda “erməni soyqırımı” abidəsinin qoyulması, qondarma olayın 50 illiyinin keçirilməsi də SSRİ-nin Türkiyəyə qarşı düşmənçiliyinin nəticəsi idi. Ermənilər yenə “maşa” olaraq seçilmişdilər. O tarixə qədər erməni millətindən olan siyasi xadimlər bu iddianın əsassız olduğunu irəli sürmüşdülər. Ermənistan Respublikasının ilk baş naziri Hovhannes Kaçaznuni Daşnaksütyun partiyasının 1923-cü ildə Buxarestdə keçirilən konfransına təqdim etdiyi raportda imperialist dövlətlərin Osmanlı torpaqlarında dövlət qurma vədi ilə erməniləri aldatdığını vurğulamış, törədilən fəlakətdə erməni siyasi təşkilatlarını, o cümlədən başçısı olduğu Daşnaksütyun partiyasını qınamış və etiraf etmişdi. Daha sonra kitab şəklinə salınmış həmin raport Türkiyədə çap edilib. Kitabı türkcəyə rəhmətlik Arif Acaloğlu çevirib. Daha sonra ingilis, fransız, alman, ərəb dillərinə də tərcümə edilən kitab “soyqırımı” böhtanlarına qarşı Türkiyənin dünya miqyasında apardığı haqlı mübarizədə önəmli mənbələrdən biri sayılır.

Erməni millətindən olan Anastas Mikoyan Türkiyə ermənilərinin “daşnakların uzağı görməyən və macəraçı siyasəti nəticəsində 300-500 min arasında qurban verdiyini” demişdi. Bəli, hayların ölümündə özlərinin günahkar olduğunu dilə gətirən ermənilər az deyil. Onlar yaxşı bilirlər ki, tarixdə “erməni soyqırımı” deyilən hadisə olmayıb. 1915-ci ildə Türkiyədə müəyyən olaylar baş verib . Ermənilər Birinci Dünya müharibəsində bir neçə cəbhədə döyüşən Osmanlı dövləti içində qarışıqlıq salmaq üçün cəhdlər ediblər. Bu cəhdlərdən biri 1915-ci ilin əvvəllərində İstanbul şəhərində olub. Osmanlı dövləti də tədbirlər görüb, aprelin 24-də erməni hərəkatının liderlərini həbs edib. Əvvəlcə 610 siyahlı saxlanılıb. Siyahıda adları olan əsas fiqurlar həbs edilib. Bundan sonra onların bir hissəsi Çankırı şəhərinə, digər hissəsi isə Ayaş həbsxanasına göndərilib. Böyük bir hissəsi qısa müddətdə həbsdən azad edilib. Yəni burada ölüm-itim halları olmayıb. Məhkəmə ilə cinayəti sübut olunan ermənilərin, təxminən, 70 nəfəri 4 il həbsdə qalıb. 1918-ci ildə Mondoros sazişindən sonra isə sərbəst buraxılıblar, amma bəraət almayıblar. Çünki onların cinayətləri sübut olunub. 

Aprelin 24-də bir erməni də öldürülməyib. Müharibə aparan bir dövlət, şübhəsiz ki, özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməli idi. Ermənilər yaşayan ərazilərdə üsyanlar baş verirdi. Dövlətin kişi əhalisi müharibədə olduğu üçün kənd və qəsəbələr müdafiəsiz qalmışdı. Erməni silahlı birləşmələri bu kəndlərə hücum edib mülki əhaliyə divan tuturdular. Tarixi faktlar göstərir ki, ermənilər özləri türk xalqına qarşı soyqırımı törədiblər. “Erməni soyqırımı” deyilən bu yalanı da həmin cinayətləri ört-basdır etmək üçün uydurublar. Müharibə dövründə erməni əhalisinin savaş bölgəsindən daha təhlükəsiz əraziyə köçürülməsi üçün Osmanlı dövləti 1915-ci il mayın 27-də “Sevk ve İskan” (Köç ) qanununu qəbul edib. Erməni əhalinin malını-mülkünü qorumaqla, satılan mallarını dəyərini ödəməklə ölkənin Şərqi Anadolu hissəsindən başqa əraziyə köç etdirib. Həmin ərazi indiki Suriya, Urfanın cənub yerləri və digərləri idi. Bu köç soyqırım sayıla bilməz. Başqa ölkələrin tarixlərində də belə köçürmələr olub. 1944-cü ildə Yaponiya ilə müharibə zamanı ABŞ-ın qərb sahillərində yaşayan yapon əhalisi köçürdülüb. Rusiyanın tarixində isə sürgünlər, köçlər, deportasiyaların sayı-hesabı yoxdur.

Ermənilərin öldürülməsi rəqəmləri də saxtadır. Keçən il Ermənistan cəmiyyətində “soyqırıma” məruz qalanların sayı ilə bağlı diskussiyaya rəsmilər də qoşulmuşdu. Məlum oldu ki, “öldürülənlərin” sayı ilə bağlı heç bir sənəd, sübut yoxdur. Əvvəllər 300 min, sonra 500 min, 800 min, indi isə 1,5 milyon, hətta 2 milyon erməninin öldürülməsi ilə bağlı dünyaya car çəkirlər. 

“Erməni soyqırımı” Muzey İnstitutunda heç bir dəlil yox imiş. 1912-ci il Osmanlı statistikasına əsasən, ölkədə 1,2 milyon erməni yaşayıb. Həm də yerdəyişmə Şərqi Anadolu, İç Anadolu ərazilərində aparılıb. İmperiyanın Qərb bölgələrindən erməni əhalisi köçə məruz qalmayıb. Həm də yalnız qriqoryan ermənilər köçürülüb. İlk dövrdə katolik, protestant ermənilər yerindən edilməyib. Köçürülən ermənilərin 500 mini 1918-1919-cu ildə yeni qurulan Ermənistana gəlib. Bir qismi başqa ölkələrə gedib. Bunlar “soyqırımın” saxta olduğunu ortaya qoyan faktlardır və Paşinyan bunları bilməmiş deyil. 

Baş nazir Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində Ermənistanın gerbindəki Ararat (Ağrı dağı) simvolokasından danışarkən bunları deyib. “Belə bir simvoloka ilə biz hansısa dövlətlə əməkdaşlıq edə bilmirik. Bu, bizim ciddi dövlət anlayışımızı şübhə altına alır”. Beləliklə, ermənilərin yüz ildən artıq müddətdə apardıqları “soyqırımı” ideologiyası iflasa uğrayıb. Bu iddianın əsassız olduğu ortaya çıxdıqca Paşinyan üçün manevr imkanları yaranır və o bu fürsətdən maksimum yararlanmağa çalışır.

Qafar Çaxmaqlı, 
XQ-nin Türkiyə müxbiri 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri