Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

20 Yanvar: xalqın faciəsi, liderin tarixi duruşu ŞƏRH

20 Yanvar: xalqın faciəsi, liderin tarixi duruşu ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Tarixin elə gecələri var ki, yalnız hadisə kimi deyil, milli talenin hökmü kimi yadda qalır. 20 Yanvar belə gecələrdəndir. Bu tarix Azərbaycan xalqının azadlıq iradəsinin gülləbaran edildiyi, lakin sındırıla bilmədiyi anı simvolizə edir. O gecə Bakının üzərinə yeridilən tanklar təkcə şəhəri deyil, sovet imperiyasının öz siyasi legitimliyini də tapdaladı. Qan töküldü, günahsız insanlar həlak oldu, amma tarix susmadı — o, həqiqətin kim tərəfindən deyildiyini yadda saxladı.

Sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi hərbi müdaxilə planlı siyasi zorakılıq aktı idi. Milli azadlıq hərəkatının qarşısını almaq məqsədi ilə atılan bu addım hüquqi çərçivələrdən tam kənara çıxmışdı. Fövqəladə vəziyyət elan edilmədən, dinc əhaliyə xəbərdarlıq olunmadan törədilən qırğın sovet sisteminin öz vətəndaşına münasibətdə iflasa uğradığını göstərdi. Bu faciə mərkəzi hakimiyyətin güc yox, qorxu üzərində dayandığını açıq şəkildə nümayiş etdirdi.

Məhz belə bir ağır və qeyri-müəyyən siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin mövqeyi tarixi əhəmiyyət kəsb etdi. O, şəxsi təhlükəsizliyini və siyasi riskləri nəzərə almadan, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti açıq şəkildə pislədi. Bu bəyanat təkcə bir etiraz deyil, xalqın susdurulmuş səsinin beynəlxalq müstəvidə səsləndirilməsi idi. Həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının haqq səsini imperiya divarları arasında ucaldan yeganə siyasi lider kimi çıxış etdi.

O dövrdə respublika rəhbərliyinin susqunluğu fonunda Ulu Öndər Heydər Əliyevin bu cəsarətli mövqeyi siyasi məsuliyyət anlayışını yenidən müəyyənləşdirdi. O, 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilməsinin zəruriliyini ilk gündən bəyan etdi və faciənin unudulmamasını milli borc kimi ortaya qoydu. Bu mövqe sonradan Azərbaycan dövlətçiliyinin ideoloji xəttinə çevrildi.

20 Yanvar faciəsi Azərbaycan xalqının siyasi şüurunda dönüş nöqtəsi oldu. Qorxu yerini qəzəbə, qəzəb isə təşkilatlanmış iradəyə verdi. Bu prosesin sonrakı mərhələlərində Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və liderlik xətti həlledici rol oynadı. Onun hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə rəsmi dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi, şəhidlərin xatirəsi milli yaddaşın toxunulmaz parçasına çevrildi.

Ümummilli Lider Heydər Əliyevin 20 Yanvarla bağlı mövqeyi bir daha sübut etdi ki, əsl lider tarixin çətin anlarında susmur. O, bu faciəni yalnız keçmişin ağrısı kimi deyil, gələcək dövlətin siyasi dərsi kimi dəyərləndirdi. Məhz bu baxış bu gün müstəqil Azərbaycanın möhkəm dövlətçilik təməlində öz əksini tapır.

20 Yanvar — qanla yazılmış siyasi həqiqətdir. Bu həqiqətin unudulmamasında və düzgün dəyərləndirilməsində Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Bu gün Azərbaycan müstəqil və suveren dövlət kimi mövcuddursa, bu yolun başlanğıcında 20 Yanvar şəhidlərinin qurbanı, bu yolun siyasi istiqamətində isə Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi dayanır. Tarix bu həqiqəti dəyişmir — onu yalnız təsdiqləyir.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri