Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
UEFA Millətlər Liqasının 2026/27 mövsümünün A Liqasının 1-ci qrupunda sonuncu turun oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, Brüsseldəki “Kral Boduen” stadionunda baş tutan qarşılaşmada Belçika millisi İtaliya yığmasını 4:1 hesabı ilə məğlub edib.
Görüşə fəal başlayan qonaqlar 11-ci dəqiqədə hesabı açıblar. Maykl Kayodenin ötürməsindən sonra Françesko Pio Espozito fərqlənərək İtaliyanı önə keçirib.
Lakin meydan sahibləri qısa müddətdə oyunun gedişini dəyişməyi bacarıblar. 15-ci dəqiqədə Şarl de Ketelarenin ötürməsini dəqiq tamamlayan Maksim De Keyper hesabı bərabərləşdirib. 22-ci dəqiqədə Natan Nqoy Belçikanı önə keçirib. Cəmi 4 dəqiqə sonra isə Şarl de Ketelarenin daha bir məhsuldar ötürməsindən yararlanan Jeremi Doku fərqi iki topa çatdırıb.
İlk hissə Belçikanın 3:1 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə İtaliya yığması hesabı dəyişməyə çalışsa da, 80-ci dəqiqədə Kevin De Brüynenin ötürməsindən sonra Dieqo Moreyra Belçikanın dördüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Qonaqlar 90+1-ci dəqiqədə penalti zərbəsi vurmaq imkanı əldə etsələr də, Françesko Pio Espozito 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Topa sahib olma göstəricisində İtaliya 52 faizlik üstünlük əldə etsə də, Belçika hücumların effektivliyi ilə rəqibini üstələyib. Meydan sahibləri qapıya 10 dəqiq zərbə endirdiyi halda, İtaliya cəmi 4 dəfə çərçivəyə dəqiq zərbə vurub.
Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran Belçika millisi qrupu ikinci pillədə başa vuraraq UEFA Millətlər Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb. 10 xalla üçüncü yerdə qərarlaşan İtaliya isə turnirlə vidalaşıb.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Noyabr 2026 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















