“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda fəaliyyət göstərən “Boranı” restoranının Neftçilər filialı ilə bağlı sosial şəbəkələrdə narazılıq doğuran iddia yayılıb.
Moderator.az Patrul.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşım edən vətəndaş restorana tək getdiyi üçün içəri buraxılmadığını iddia edib.
Şikayətçinin sözlərinə görə, restorana daxil olmaq istədikdə ona yalnız 3-4 nəfərlik qrupların qəbul edildiyi bildirilib. Nəticədə tək olduğu üçün restorana girişinə icazə verilməyib.
Məsələ ilə bağlı restoranın Neftçilər filialı ilə əlaqə saxladıq.
Özünü restoran rəhbərlərindən biri kimi təqdim edən Azər Cəfərov iddiaları qəti şəkildə təkzib edib. O bildirib ki, restorana gələn müştərilərin sayına dair heç bir məhdudiyyət yoxdur və müəssisəyə tək gələn şəxslərin də daxil olmasında problem yaşanmır.
Beləliklə, eyni hadisə ilə bağlı iki fərqli mövqe ortaya çıxıb. Bir tərəfdən müştəri 3-4 nəfərlik qrupla gəlmək şərtinin qoyulduğunu iddia edir, digər tərəfdən isə restoran rəhbərliyi belə bir qaydanın olmadığını bildirir.
Maraqlıdır, müştəriyə həqiqətən də belə bir şərt qoyulub, yoxsa hadisə zamanı anlaşılmazlıq yaşanıb?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:287
Bu xəbər 15 Noyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















