Icma.az
close
up
RU
“20 Yanvar” yeraltı keçidində yüzlərlə sahibkarı işsiz qoyan kimlərdir? KONKRET

“20 Yanvar” yeraltı keçidində yüzlərlə sahibkarı işsiz qoyan kimlərdir? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

İşsiz qalmış sahibkarlar müvafiq qurumlardan cavab gözləyirlər.

Təqribən, 3 ay əvvəl Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı keçidlərindəki mağazaların fəaliyyəti dayandırılıb. Sahibkarlar iddia edirlər ki, ticarət köşklərinin hansı səbəbdən bağlanması ilə əlaqədar onlara heç bir məlumat verməyiblər. Bununla da, onlarca sahibkar son ümid yeri kimi baxdıqları mağazalardan əldə etdikləri cüzi qazancdan məhrum olublar.

KONKRET.az xəbər verir ki, üstündən xeyli müddət keçməsinə baxmayaraq, həmin ticarət köşklərinin taleyi qaranlıq olaraq qalır. Üstəlik, müvafiq qurumların mağazaların bağlanmasının səbəbləri barədə heç bir açıqlama yaymaması da sahibkarların narahatlığını getdikcə artırır.

“Klassik-Aİ” MMM-nin həmtəsisçisi və baş direktoru İlham İsmayılovun imzası ilə redaksiyamıza ünvanlanmış məktub da məhz bu barədədir. Məktubda qeyd olunur: “1998-ci ildən “Klassik-Aİ” MMM-in Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yeraltı keçidində fəaliyyət göstərən ticarət köşklərinin işi 29 avqust 2024-cü il tarixində dayandırılmışdır. Bununla bağlı etdiyimiz çoxsaylı müraciətlərə cavab olaraq köşklərin fəaliyyətinin dayandırılması səbəbi paytaxtda keçirilən COP29 tədbiri ilə əlaqələndirilmişdir. Artıq COP29-un başa çatmasına baxmayaraq, hələ də mağazaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı heç bir məlumat ala bilmirik”.

İ.İsmayılov yazır ki, hüquqi təmsilçisi olduğu “Klassik-Aİ” MMM şirkəti Bakı şəhəri, Həsən bəy Zərdabi, Rövşən Cəfərov küçələri və Moskva prospektinin kəsişməsində, 20 Yanvar dairəsindəki yeraltı piyada keçidində yerləşən ümumi sahəsi 489 kvadratmetr olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti) ilə bağlanmış müqavilə əsasında icarəyə götürərək burada sahibkarlıq (mağazaların təşkli) fəaliyyətini həyata keçirib. Bununla da, şirkət sahibkarlıq sahəsində fəaliyyət göstərmək istəyən çoxsaylı vətəndaş üçün iş imkanı yaradıb.

Sahibkarın sözlərinə görə, ötən müddətdə burada qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblərə uyğun olaraq təmizliyə, eləcə də təhlükəsizlik tədbirlərinə tam riayət olunub. Dövlət Vergi Xidmətinin razılığı əsasında kassa aparatları və POS-terminallarla təmin olunmuş sahibkarlar vergiləri vaxtlı-vaxtında ödəyiblər. Eyni zamanda, həmin keçiddən istifadə edən insanların gediş-gəlişinə mane olmamaq üçün müvafiq tədbirlər də görülüb. Bu yaxınlarda isə qarşılıqlı razılaşmaya əsasən ərazi üzrə müvafiq icra strukturu olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə xidmətlərin göstərilməsi üçün yeni müqavilə bağlanıb.

Elə ərazidə xırda ticarətlə məşğul olan sahibkarlar da 25 il ərzində çalışdıqları mağazaların fəaliyyətinin heç bir səbəb göstərilmədən dayandırılması ucbatından ciddi maliyyə böhranı keçirdiklərini bildirirlər. Onlar, hətta mağazaların bağlı qalması səbəbindən kassa aparatlarının və POS-terminalların fəaliyyətsizliyi barədə Vergilər Nazirliyinə məlumat da veriblər.

Yeri gəlmişkən, ötən müddətdə “Klassik-Aİ” MMM-nin rəhbərliyi, eləcə də mağaza sahibləri müvafiq qurumlara etdikləri çoxsaylı müraciətlərə lazımi cavab ala bilməyiblər. Paytaxtda keçirilən beynəlxalq tədbirin sona çatmasına baxmayaraq, aidiyyəti qurumlardan, hələlik, heç bir səs-səmir çıxmır. Vaxt uzandıqca isə sahibkarların narazılıqları da artır.

Elə biz də müvafiq qurumların məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətindən sorğumuza cavab olaraq bildirilir:

“Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının keçidində yerləşən, Yasamal Rayon MKTB-nin balansında olan 489 kv.m. qeyri-yaşayış sahəsi (ticarət cərgəsi) 14.04.2009-cu il tarixindən “Klassik-Aİ” MMM-ə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş və müqavilənin müddətinin uzadılması barədə müəssisənin müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Klassik-Aİ” MMM arasında 02.08.2022-ci il tarixli icarə müqaviləsi bağlanılıb. İcarə müqaviləsinin müddəti 27.07.2024-cü il tarixində bitib.

Sorğuda qeyd edilən ticarət obyektinin bağlanılması səbəbi barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat yoxdur”.

Digər qurumlardan isə məsələ ilə bağlı konkret bir fikir öyrənə bilmədik. Bununla belə, güman edirik ki, aidiyyəti dövlət təşkilatları yaxın günlərdə məsələyə əncam çəkərək işsiz qalmış sahibkarları sevindirəcəklər (Xalq qəzeti)

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Noyabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri