Icma.az
close
up
RU
“200 ə yaxın plagiat layihə aşkarlanıb”

“200 ə yaxın plagiat layihə aşkarlanıb”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqələrinin cavabları nə vaxt açıqlanacaq?

- Layihələri qalib olan QHT-lərin adları 2026-cı ilin I rübü ərzində elan olunacaq. Hələlik daxil olmuş layihələrin emalı prosesi gedir. Bu günlərdə texniki seleksiya mərhələsi tam başa çatacaq və layihələrin müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsi aparılacaq. Bundan sonra nəticələr hərtərəfli təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək. 

- Ümumilikdə nə qədər layihə daxil olub?

- 2025-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqələrinə maraq son illərdəki yüksək göstəriciləri də geridə qoyub. Ümumilikdə, Agentliyin elektron sistemində qeydiyyat prosedurlarını düzgün tamamlamış 981 QHT bu il layihə təqdim etmək hüququna malik olub. Bu, indiyədək qeydə alınmış ən yüksək maraq səviyyəsidir. Lakin bu QHT-lərin hamısı layihələrini sistemə sona qədər yükləməyib. Daxil olmuş layihələrin sayı 789 olub. 

- Layihələrin kəmiyyəti artdıqca, keyfiyyəti də artırmı?

- 2023-cü ilin sentyabrında yeni müsabiqə qaydalarından və peşəkar yanaşmaların gücləndirilməsindən sonra layihələrin keyfiyyəti xeyli yaxşılaşıb, bu, dönüş nöqtəsi olub, layihələrin ölçüləbilən nəticələri artıb, sistemli təsirləri yaranmağa başlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2 ildir ki, hər müsabiqədən öncə infosessiyalar təşkil edir, bu görüşlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul şəxsləri, Agentliyin rəhbərliyi iştirak edir, QHT-lərdən gözləntilər izah edilir, suallar cavablandırılır.

Layihələrin qəbulu üzrə kampaniya 2 ay davam edir. Bu müddətdə ölkədə bütün TV və radiolarda, agentliklərdə, qəzetlərdə elanlar yerləşdirilir, QHT-lərin müsabiqələr barədə məlumatlandırılmaları təmin edilir. Bu sağlam mənzərə QHT sektoru üçün vaxtilə arzu idi, indi reallıqdır. Lakin açıq deməliyik ki, bəzi hallarda bu cür münasibətə adekvat yanaşma müşahidə edilmir. Bu ildən süni intellekt texnologiyalarının Agentlik tərəfindən layihələrin ekspertizasında tətbiqi genişləndirilib. Aşkar olunan bəzi faktlar bizi çox məyus edib. Məsələn, ekologiya istiqamətində fəaliyyət göstərən QHT-lərdən birindən daxil olmuş "Yaşıl düşün, fəal ol!” adlı layihə reklamçılar, gənclər, qadınlarla iş sahəsində digər 3 QHT-nin təqdim etdiyi layihələrlə plagiatlıq təşkil edir. Yaxud adları saxta “orden-medal ticarəti”ndə hallanan, hüquq mühafizə orqanları tərəfindən fəaliyyətləri araşdırılan bəzi QHT-lər layihələri də saxtalaşdırıb, onların təqdim etdiyi müxtəlif layihə mətnləri demək olar ki, sözbəsöz eynidir, “Müharibə əlillərinin cəmiyyətə inteqrasiyası” adlı layihə mətni 3 fərqli QHT-də üzə çıxıb.

“Əbədiyyətin simaları” - Milli və Vətən Qəhrəmanlarının guşələrinin yaradılması” adlı layihənin mətni isə 4 QHT-nin təqdim etdiyi layihələrlə plagiatdır. “Şəhid ailələrinin Xankəndiyə səfərinin təşkili” layihəsi üzrə eyni mətn 9 fərqli QHT-dən daxil olub. “Kür sahilində yaşıl nəfəs”, “Ailə dəyərlərinin qorunmasında media və sosial platformalar”, “Regionlarda qadınların hüquqi müdafiəsinə dəstək”, “Hacıqabul gölünün biomüxtəlifliyi”, “Gələcəyimizi qoruyuruq: zərərli vərdişlərə qarşı maarifləndirmə”, “Məişət zorakılığına yox!” adlı layihələr də bu qəbildəndir. Yaxud hərbi yönümlü QHT-lərdən biri 49650 manat dəyərində layihə təklifi ilə müraciət edib. “Dövlət babadır, biz də övladı” adlı bu layihənin mətni 8 fərqli QHT ilə demək olar ki, eynidir, orfoqrafik səhvlər də eyni cümlələrdə edilib.

2025-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqələr üzrə daxil olmuş 800-ə yaxın layihədən təxminən 200-ündə bu cür tam və ya qismən plagiatlıq aşkar edilib. Dövlət qurumunu aldatmağa cəhd edən QHT-lərin təqdim etdiyi plagiat layihələr texniki seleksiyadan keçməyəcək. Biz yenə də etika naminə bu QHT-lərin adlarını ictimailəşdirmirik, lakin texniki seleksiyadan keçməyən QHT-lərin hər birinə agentlik tərəfindən bu barədə müvafiq elektron sistem üzərindən bildiriş göndəriləcək. Plagiat layihələr dövrü tam bağlanıb, agentlik plagiat layihələrə heç bir vəsait ayırmayacaq. İnfosessiyalarda dəfələrlə bu barədə xəbərdarlıq edilib, indi plagiat layihə təqdim edənlər əməllərinin hansı nəticə verdiyi ilə üzləşməli olublar. 

- Layihələrin təhlili başqa hansı neqativ məqamları üzə çıxarır?

- Bildiyiniz kimi, hazırda agentlik tərəfindən 2025-ci ildə icra edilmiş layihələrin yekun hesabatları qəbul edilir. Aparılan monitorinq tədbirləri aşkar edib ki, gənclər təşkilatlarından birinin rəhbəri 28 QHT-nin, sağlamlıq istiqaməti üzrə təşkilatlardan birinin rəhbəri 22 QHT, həmin şəxsin ailə üzvü 16 QHT-nin, 2 fərqli QHT-də məsul vəzifələr tutan iki yaxın qohum isə birlikdə 22 QHT-nin mühasibidir. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, QHT-lərə layihə yazan və onların mühasibatlığını aparan qrup var. Bəzi QHT rəhbərləri layihələrin necə tərtib olunmasından və aparılmasından xəbərsizdir. Bizə həmin şəxslərin tam əhatə dairəsi və siyahısı artıq məlumdur. 2026-cı ilin qrant müsabiqələrinin nəticələri elan olunarkən bu məqamlar mütləq nəzərə alınacaq.

Onu da xatırlatmaq yerinə düşər ki, xüsusilə qrant müsabiqələrinin nəticələri elan olunan ərəfələrdə bəzi QHT təmsilçiləri tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qarşı sosial mediada qarayaxma kampaniyası aparmağa cəhdlər edilir. Aşkar edilmiş faktlar böhtan, iftira kampaniyası iştirakçılarının bu və ya digər dərəcədə plagiat, saxta layihələr təqdim etmiş və ya QHT-lərə “qeyri-qanuni xidmətlər” təklif edən və ya onların çevrəsindəki şəxslər olduğunu üzə çıxarıb. Agentliyin qərarlarına bundan sonra da heç bir iftira və böhtan kampaniyası təsir etməyəcək. Bəzən bu şəxslər özlərini ifşa edir, sistemə bir-birinə aid sənədləri, layihələri yükləyirlər. 

Araşdırmalar zamanı süni intellekt alətlərinin köməyi ilə hazırlanmış layihələrə də rast gəlinib. Biz süni intellektin imkanlarından yararlanmağın əleyhinə deyilik, lakin bu alətlərdən düzgün, məsuliyyətlə istifadə olunmalıdır.

Bundan əlavə, bəzi layihələrdə mövzu ilə heç bir əlaqəsi olmayan, sadəcə mətn həcmini süni şəkildə artırmaq məqsədi daşıyan cümlələrə də rast gəlinir. Bəzi QHT-lər layihənin ideya və məzmununu inkişaf etdirmək əvəzinə, xanaları necə gəldi doldurmaqla, layihələrinin qalib olacağını düşünürlər. QHT sədrlərinə çağırış edirik ki, təqdim etdikləri layihələrə birbaşa özləri nəzarət etsinlər, çünki layihə ilə bağlı bütün məsuliyyət ilk növbədə onların üzərindədir.

Bəzən eyni məkanda və eyni auditoriya ilə müxtəlif QHT-lərin fərqli tədbirlər keçirilməsi hallarına rast gəlirik, sonra o tədbirlər agentliyə müxtəlif günlərdə, müxtəlif tədbirlər kimi təqdim edilir. 2026-cı ildən tədbirlərin auditoriyalarının yoxlanmasında “Üz tanıma” (“Face ID”) sistemini tətbiq edəcəyik. Sistemə QHT-lər tərəfindən yüklənən şəkillər avtomatik olaraq üz tanıma alqoritmi vasitəsilə təhlil ediləcək. Sistem şəkilləri müqayisə edib onların məlumat bazasında mövcud olub-olmadığını yoxlayaraq uyğunluq dərəcəsini müəyyən edəcək. Hazırda bu sistem test mərhələsindədir, bu cür QHT-lərin də tam əhatə dairəsini dəqiqləşdirmək üçün köhnə məlumat bazasını da bu üsulla dəyərləndirəcəyik. Artıq əlimizdə müvafiq faktlar toplanmaqdadır.

- Həmin fotoları bizə təqdim edə bilərsiniz?

- Xeyr, biz QHT-lərin nüfuzunu qorumağa çalışırıq. Hesab edirik ki, maarifləndirmə tədbirləri ilə bir çox problemlərin köklü şəkildə həllinə nail olmaq mümkündür. Son 2 ildə yeni yanaşmaların müsbət bəhrələri göz önündədir. Müsabiqələrə gəldikdə isə “ziyanın yarısından da qayıtmaq xeyirdir” prinsipi ilə dövlət qurumuna kələk gəlməyə çalışan bir sıra QHT təmsilçilərini bu əyri yoldan çəkinməyə dəvət edirik.

Müsabiqələrdə qalib gəlmək üçün əsas tələb layihələrin yüksək keyfiyyəti, ictimai faydalılığı və komandanın layihə idarəetmə bacarıqlarıdır. İndi ekspertiza prosesləri tam gücü ilə davam edir. Biz 2026-cı ildə bir çox uğurlu QHT layihələrinə şahidlik edəcəyik. Azərbaycan QHT-ləri artıq keyfiyyət mərhələsi dövrünə daxil olub

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see557

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see497

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see462

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see385

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see378

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see347

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see247

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see240

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see238

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see213

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see208

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see208

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see208

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see191

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see187

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see185

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see177

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see171

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri