Sumqayıtda 25 yaşlı qızın boğulmasının təfərrüatları
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Sumqayıtda yerləşən idman komplekslərindən birində bədbəxt hadisə baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, idman kompleksinin hovuzunda üzən 1991-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 1-ci məhəllə sakini Ülkər Muradova boğularaq ölüb. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, həvəskar üzgüçü olan 25 yaşlı Ülkər Muradova iyulun 27-də kompleksə gəlib. O, hovuzda üzərkən, qəfil ürəktutması olub və boğulub.
Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, mərhum Ülkər Muradova Qubadlı Rayon Xəstəxanasında işləyirmiş.
BAKU.WS
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 28 Noyabr 2026 04:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















