Icma.az
close
up
RU
Kauan komandasını yarıyolda qoydu

Kauan komandasını yarıyolda qoydu

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Turan Tovuz - Səbail (Bakı) 1:1 (1:0) 
41. Sergey Samok - 5,5 
88. Faiq Hacıyev  - 5,5 
7. İsmayıl Zülfüqarlı - 5,5 
13. Fərid Yusifli - 5,5 
77. Veysəl Rzayev - 5,5 
9. Kristian da Silva (k)  - 6,0 
23. Alexandro Serrano - 6,5 
90. Joarlem Batista - 5,5 
(80. Otto Con, 69) - 5,0 
15. Emmanuel Hakman - 4,5 
(6. Araş Qaderi, 33) - 5,5 
40. Kauan Martins - 5,0 
21. Aleks Souza  - 5,5 
(11. Ayxan Quseynov, 89) - qiymətsiz
Ehtiyat oyunçular 
1. İvan Konovalov 
71. Mehman Hacıyev  
39. Sadiq Quliyev 
19. Orxan Əliyev  
10. Xəyal Nəcəfov 
8. Tural Bayramlı 
44. Rüfət Əhmədov  
30. Mircamal Əlizadə 
29. Anton Kraçkovski  
Baş məşqçi: Kurban Berdıyev  
Komandanın ən yaxşısı:  Alexandro Serrano 
12. Əlirza Müştəbazadə - 5,5 
96. İlkin Muradov - 6,0 
74. Yusif Nəbiyev (k) - 5,5 
20. Mərt Çəlik  - 6,0
10. David Qomis - 5,5 
 (11. Rüfət Abdullazadə, 63) - 5,5 
 8. Qorka Laruçça  - 6,0 
3. Dmitri Litvin  - 5,5 
99. İnnosent Nşuti  - 5,5
4. Marko Nikoliç  - 5,5 
(19. Samir Abdullayev, 63) - 5,0 
7. Madi Queta  - 6,5 
14. Suleyman Alluş  - 6,0 
Ehtiyat oyunçular  
1. Hüseynəli Quliyev 
25. Nicat Məmmədzadə 
22. Mirabdulla Abbasov  
77. Fərid Nəbiyev  
18. Süleyman Əhmədov  
83. Nihad Quliyev 
16. Emin Rüstəmov  
97. Oruc Məmmədov  
88. Hacıəli Şirəliyev  
5. Gitay Sofir  
Baş məşqçi: Cavid Hüseynov 
Komandanın ən yaxşısı: Madi Queta 
Qollar: A.Serrano, 29 (1:0, A.Souza). M.Queta, 82 (1:1, R.Abdullazadə). 
Vərəqələr: S.Alluş, 45 (hakimin qərarına etiraz).  S.Samok, 90+3 (oyunun bərpasının ləngidilməsi) - sarı. K.Martins, 45 (rəqibi aşkar qol imkanından məhrum etmək) - qırmızı.
Hakimlər: TURAL QURBANOV, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov (hamısı Bakı). 
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).  
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı). 
Hakim-inspektor: Babək Quliyev (Bakı). 
AFFA nümayəndəsi: Nəriman Axundov (Bakı). 
1 fevral. Tovuz. Şəhər stadionu. 5000 tamaşaçı (6700 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Hər komandanın özünə görə turnir hədəfləri var. Ötən tur səfərdə “Qarabağ” üzərində əzmkar qələbə qazanan “Turan Tovuz” uğurun davamını gətirmək istəyirdisə, “Səbail” də xal ehtiyatını artırmaq niyyəti güdürdü.

İlk dəqiqələrdə nə “Turan Tovuz”, nə də “Səbail” təhlükəli vəziyyət yarada bildi. 13-cü dəqiqədə Veysəl Rzayevin cərimə meydançasına ötürməsini Serrano qəbul etsə də, Litvin topu küncə çıxarmağı bacardı. 3 dəqiqə sonra qonaqların ifasında ilk təhlükəli vəziyyətə şahidlik etdik. Qorkanın ara ötürməsini Alluş qola çevirə bilmədi. Onun zərbəsinə qapı tiri mane oldu. 20-ci dəqiqədə Mərtin ötürməsini qəbul edən Alluş irəliləyib zərbə vursa da, top qapıdan aralı eçdi. 25-ci dəqiqədə İlkin Muradovun uzaqdan zərbəsində azca dəqiqlik çatmadı. İki dəqiqə sonra Mərt Çəlik də komanda yoldaşı kimi uzaqdan bəxtini sınasa da, Samok zərbəni dəf etdi.
Yarım saatın tamamında hesab açıldı. Aleks Souzanın qapı qarşısına ötürməsini Serrano bir toxunuşla tora qovuşdurdu - 1:0. Fərqi artırmaq istəyən tovuzluların arzusunu Kauan Martins gözündə qoydu. Queta əks-hücuma çıxarkən braziliyalı hücumçu sərtliklə aldı. Tural Qurbanov dərhal oyunu dayandırdı. Amma Quetadan irəlidə Alluş da var idi. Suleyman hücumu davam etdirə bilərdi. Daha sonra referi VAR-da epizoda baxdı və Martinsə birbaşa qırmızı vərəqə göstərdi.
2-ci hissədə də qarşılıqlı hücumlar davam etdi. 54-cü dəqiqədə Mərtin qapı qarşısına ötürməsindən Qomis yararlana bilmədi. 56-cı dəqiqədə Batista – Souza - Serrano kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə tamamladı. Bir dəqiqə sonra Qomis – Nşuti - Alluş kombinasiyasını sonuncu zərbə ilə bitirsə də, Samok yerində idi.
Məğlubiyyətdən qurtulmaq üçün hücumları davam etdirən “dənizçilər” sona az qalmış bunu bacardı. 82-ci dəqiqədə Rüfətin qapı qarşısına ötürməsini Madi baş zərbəsi ilə tamamladı - 1:1. 86-cı dəqiqədə İlkin – Madi -Qorka kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə tamamladı. Son saniyələrdə “dənizçilər” hesabı dəyişməyə yaxın oldu. Samir başla zərbəsi qapıdan aralı keçdi. “Turan Tovuz” ilk “4-lük”də yerini qorudusa, “Səbail” də “Kəpəz”lə aradakı xal fərqini 1-ə endirdi. Başqa bir önəmli məqam odu ki, Cavid Hüseynov müəlliminə - Kurban Berdıyevə uduzmadı.
Gözdən qaçmadı
* “Ultras Turan” və “Dənizçilər” fanklubları tribunada idi. 
* Yunis Hüseynov hakimin qərarına etiraz etdiyinə görə sarı, Ruslan Abışov isə qırmızı vərəqə aldı.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri