Icma.az
close
up
RU
“2024 cü il büdcəsi strateji hədəflərə uyğun icra olunub” Rövşən Muradov

“2024 cü il büdcəsi strateji hədəflərə uyğun icra olunub” Rövşən Muradov

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

“AzPolitika” xəbər verir ki, layihənin müzakirəsi zamanı millət vəkili Rövşən Muradov çıxış edərək sənədin əhəmiyyətindən bəhs edib və onun lehinə səs verəcəyini bildirib.

Millət vəkili qeyd edib ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və illik hesabat “Büdcə sistemi haqqında” qanuna əsasən Milli Məclisə təqdim olunub. Həm layihə, həm də hesabat qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunub və lazımi məlumatları əhatə edir. Həmin sənədlər Hesablama Palatasına təqdim olunub və Palatanın rəyi Milli Məclis üzvlərinə təqdim edilib.

Rövşən Muradov bildirib ki, 2024-cü il dövlət büdcəsi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları nəzərə alınmaqla icra olunub. Eyni zamanda, qlobal iqtisadi proseslər, regiondakı hadisələr və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri də dövlət və icmal büdcələrinin əsas parametrlərinə təsir edən mühüm amillər kimi dəyərləndirilib.

O, əlavə edib ki, təqdim olunan sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 27 may 2024-cü il tarixli iclasında geniş şəkildə müzakirə olunub.

Millət vəkili çıxışı zamanı 2024-cü ilin ölkəmiz üçün siyasi baxımdan əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. O bildirib ki, bu il Azərbaycanın bütün suveren ərazisində ilk dəfə olaraq fevralın 7-də növbədənkənar prezident seçkiləri, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirilib. Bu seçkilər xalqın Ulu Öndər Heydər Əliyev yoluna sədaqətini və Prezident İlham Əliyevin siyasətinə dəstəyini bir daha nümayiş etdirib.

Rövşən Muradov 2024-cü ilin dövlət büdcəsinin icrasına dair konkret rəqəmləri də açıqlayıb. Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5% və 3,5% artım deməkdir. Büdcə kəsiri isə 555,5 milyon manat olmaqla, ÜDM-in 0,4%-nə bərabər olub.

Deputat vurğulayıb ki, yeni reallıqlar nəzərə alınaraq 2024-cü ildə də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz məhsullarının ixracı və biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Nəticədə ümumi iqtisadi artım 4,1 faiz, qeyri-neft-qaz sektorunda 6,2 faiz, neft-qaz sektorunda isə 0,3 faizlik real artım qeydə alınıb. İllik inflyasiya 2,2 faiz, tədiyyə balansının saldosu isə müsbət 4,7 milyard ABŞ dolları təşkil edib. Adambaşına düşən ÜDM real ifadədə 3,6 faiz artaraq 12,4 min manata çatıb.

Millət vəkili “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərə dövlət tərəfindən xüsusi diqqət ayrıldığını vurğulayıb. Onun sözlərinə görə, 2024-cü ildə bu ərazilərin bərpası və yenidən qurulması üçün 5,3 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsait infrastruktur, müdafiə, hüquq-mühafizə və sosial təyinatlı layihələrin həyata keçirilməsinə yönəldilib.

Sonda Rövşən Muradov büdcə prosesinin təkmilləşdirilməsi üçün bir sıra təkliflərlə çıxış edib. O, gələcəkdə büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması, onun səmərəli icrası üçün qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Maliyyə nəzarətinin və intizamının gücləndirilməsi, xərclərin səmərəlilik və nəticəlilik əsasında qiymətləndirilməsi istiqamətində yeni yanaşmalara ehtiyac olduğunu bildirib.

“Deyilənləri nəzərə alaraq, ölkə başçısı tərəfindən Milli Məclisə təqdim olunmuş '2024-cü il dövlət büdcəsinin icrası haqqında' qanun layihəsini dəstəkləyir və lehinə səs verəcəyəm” - deyə, millət vəkili çıxışını yekunlaşdırıb.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri