Icma.az
close
up
RU
“Azərbaycan artıq regionda prosesləri formalaşdıran strateji dövlətdir” Rövşən Muradov

“Azərbaycan artıq regionda prosesləri formalaşdıran strateji dövlətdir” Rövşən Muradov

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi bəyanat Azərbaycanın müasir dövlətçilik modelinin mahiyyətini yığcam, lakin dərin məzmunla ifadə edən mühüm siyasi sənəd kimi dəyərləndirilə bilər. Azərbaycan artıq Cənubi Qafqazda passiv iştirakçı deyil, prosesləri formalaşdıran və istiqamətləndirən strateji dövlət kimi çıxış edir. Burada əsas diqqətçəkən məqam dövlətlərarası münasibətlərin emosional ritorika deyil, qarşılıqlı hörmət, suverenlik və ortaq maraqlar əsasında qurulmasıdır ki, bu da dövlətçilik düşüncəsinin yetkin mərhələyə çatdığını nümayiş etdirir".

Bunu Redaktor.az-a deputat Rövşən Muradov Prezident İlham Əliyevin Gürcüstana etdiyi dövlət səfərindən danışarkən bildirdi.

O vurğuladı ki, bu səfər Azərbaycan-Gürcüstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha təsdiqləyir:

"Qarşılıqlı ərazi bütövlüyünün dəstəklənməsi, beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya olunmuş mövqelərin sərgilənməsi və uzun illərə söykənən etimad mühiti iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını göstərir. İqtisadi müstəvidə müşahidə olunan dinamika bu siyasi xəttin konkret nəticələrini ortaya qoyur. Gürcüstana yönəldilmiş iri həcmli investisiyalar, artan ticarət dövriyyəsi və yeni layihələr üzrə müzakirələr Azərbaycanın regionda iqtisadi təsir imkanlarını genişləndirdiyini göstərir. Bu yanaşma iqtisadi diplomatiyanın dövlət siyasətinin mühüm alətinə çevrildiyini təsdiqləyir. İqtisadi əlaqələrin dərinləşməsi yalnız qarşılıqlı fayda yaratmaqla kifayətlənmir, eyni zamanda siyasi sabitliyi möhkəmləndirən və tərəfdaşlığı uzunmüddətli edən struktur yaradır. Beləliklə, iqtisadi faktor siyasi münasibətlərin davamlılığını təmin edən əsas dayaqlardan birinə çevrilir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşması ideyası xüsusi əhəmiyyət daşıyır. Bu fikir regionun postmünaqişə mərhələsində inkişaf istiqamətlərini müəyyən edən konseptual yanaşma kimi çıxış edir. Sülhün yalnız hüquqi sənədlərlə deyil, iqtisadi və kommunikasiya əlaqələri vasitəsilə möhkəmləndirilməsi yanaşması müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı asılılıq modelinin praktiki tətbiqidir. Bu kontekstdə regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsi sabitliyin əsas təminat mexanizminə çevrilir və dövlətlər arasında etimadı dərinləşdirir".

Deputatın sözlərinə görə, səfər enerji və nəqliyyat sahəsində əldə olunmuş nailiyyətlər Azərbaycanın geoiqtisadi mövqeyini keyfiyyətcə yeni səviyyəyə yüksəldir.

"Azərbaycan artıq yalnız enerji resursları ixrac edən dövlət deyil, həm də regional və qlobal miqyasda enerji təhlükəsizliyinə və logistika əlaqələrinə töhfə verən strateji mərkəz kimi çıxış edir. Mövcud infrastruktur layihələri ölkənin beynəlxalq çəkisini artırmaqla yanaşı, onun iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirir. Bununla belə, bu model paralel şəkildə alternativ marşrutların inkişafını və çoxşaxəli əməkdaşlıq siyasətini tələb edir ki, bu da uzunmüddətli dayanıqlılığın əsas şərtlərindən biridir.

Cənab Prezident İlham Əliyevin Gürcüstan səfəri və bu səfər çərçivəsində səsləndirilən bəyanat Azərbaycan dövlətçiliyinin əsas sütunlarını suverenlik, iqtisadi dayanıqlılıq, regional əməkdaşlıq və strateji uzaqgörənliyi sistemli şəkildə əks etdirən mühüm siyasi hadisə kimi çıxış edir. Bu yanaşma Azərbaycanın regionda yalnız iştirak edən deyil, eyni zamanda istiqamət verən və prosesləri formalaşdıran aparıcı güc kimi mövqeyini daha da möhkəmləndirir və onun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas strateji xətt kimi dəyərləndirilir", - deyə Rövşən Muradov yekunlaşdırdı.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Aprel 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri