2024 cü ildə nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrimizin sayı ötən illərlə müqayisədə 2 dəfə artıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2024-cü ildə alimlərimiz tərəfindən nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə artıb.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşıb.
"Məqalələrin 61 faizi Q1 və Q2 kvartilli jurnallarda dərc olunub, üçdə ikisi isə beynəlxalq əməkdaşlıq çərçivəsində yazılıb.
Bu rekord nəticə gələcək illərdə həm ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yüksəlməsinə, həm də digər qlobal hesabatlarda ölkəmizə aid göstəricilərin yaxşılaşmasına təsir edəcək", - paylaşımda qeyd olunub.
Nazir bildirib ki, məlumatlar dünyanın aparıcı iki elmi nəşrlər bazasından biri olan “Scopus”dan götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Mart 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















