Icma.az
close
up
RU
2024 cü ilin ən ucuz Avropa İttifaqı ölkəsinin açıqlandı

2024 cü ilin ən ucuz Avropa İttifaqı ölkəsinin açıqlandı

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı ölkələri arasında 2024-cü ildə ərzaq məhsullarının qiymətinə görə ən ucuz ölkə Rumıniya olub. Ən bahalı ölkələr isə Lüksemburq və Danimarka kimi qeydə alınıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "news.ro" məlumat yayıb.

Ən aşağı qiymətə malik digər ölkələr arasında Slovakiya və Polşa da yer alır. Alkoqol və tütün məhsulları, geyim və ayaqqabı, yanacaq və kommunal xidmətlərin qiymətlərinə görə isə Bolqarıstan Aİ-də "ən ucuz ölkə” hesab olunub.

Əlavə olaraq, Rumıniya və Bolqarıstanda əyləncə və istirahət sahəsində də ən aşağı qiymətlər müşahidə olunur.

Digər tərəfdən, Danimarka geyim və ayaqqabı, nəqliyyat, mədəniyyət və əyləncə, restoran və ictimai iaşə sahələrində Aİ-də ən bahalı ölkə hesab edilib. Alkoqol, tütün, yanacaq və kommunal xidmətlərin qiymətinə görə isə lider İrlandiyadır.

Avropa İttifaqında orta pensiya aylıq 1294 avro təşkil edir. Lakin ölkələr üzrə bu məbləğ ciddi fərqlənir – məsələn, İslandiyada orta pensiya 2762 avro olduğu halda, Bolqarıstanda cəmi 226 avrodur.

Qərbi və Şimali Avropa ölkələrinin pensiyaçıları ən yüksək təminata malikdir. İslandiya, Lüksemburq, Norveç, Danimarka və İsveçdə yaşlı insanlar orta hesabla 2000 avrodan çox aylıq pensiya alırlar. Finlandiya, Belçika, İrlandiya, Avstriya və Niderlandda bu rəqəm 1700–2000 avro arasında dəyişir.

Almaniyada orta pensiya 1440 avrodur və bu göstərici Fransa, İspaniya və İtaliya ilə təxminən eynidir. Böyük Britaniyada isə pensiyaçıların aylıq gəliri orta hesabla 1135 avro təşkil edir.

Cənubi Kipr, Yunanıstan, Portuqaliya və Maltada bu məbləğ 700–1000 avro arasındadır. Çexiyada orta pensiya 600, Estoniyada 569, Latviyada 421 avrodur. Macarıstan, Litva, Xorvatiya, Slovakiya və Rumıniyada pensiya təxminən 385 avro təşkil edir. Polşada isə bu rəqəm 538 avrodur.

Avropada ən aşağı pensiyanı alan ölkələr arasında Bosniya və Herseqovina (237 avro), Bolqarıstan (226 avro), Moldova (218 avro) və Albaniya (131 avro) yer alır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyun 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri