Icma.az
close
up
RU
2024 cü ilin ən yaxşı filmləri açıqlandı SİYAHI

2024 cü ilin ən yaxşı filmləri açıqlandı SİYAHI

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu il ekranlara çıxan bir çox film ilin "Ən yaxşılar"ı sırasına daxil oldu. "Vanity Fair" 2024-cü ildə tamaşaçılara təqdim olunan ən yaxşı filmləri açıqlayıb. Siyahıda gəlirli və festivalda nümayiş olunan bir çox ekran əsərləri var.

BAKU.WS xarici KİV-ə istinadən 2024-cü ilin ən yaxşı filmlərini təqdim edir:

"Dune: Part Two"

Ekran işinin baş rollarında Timoti Şalame və Zendaya rol alıb. Film amerikalı yazıçı Frank Herbertün ən çox satılan romanından bəhrələnib. Ekran işində Paul, Harkonnen ailəsinin hücumundan xilas olduqdan sonra Fremenlərlə yaşamağa başlayır.

"Kingdom of the Planet of the Apes"

"War for the Planet of the Apes"filmi ilə tamamlanan ekran əsərində hadisələr 300 il sonra baş verir. Filmin bu bölümü digərləri ilə müqayisədə ən yaxşı hesab edilir.

"Rebel Ridge"

Filmdə bir çanta pul yerli polis tərəfindən ədalətsiz şəkildə ələ keçirildikdən sonra, keçmiş bir dəniz piyadaları kiçik bir şəhərdəki korrupsiyaya qarşı mübarizə aparır.

"The Idea of You"

Baş rollarında Enn Heteuey və Nikolas Qolitsinin rol aldığı "The Idea of You"da 40 yaşlı subay ana Solennin həyat hekayəsindən bəhs edilir. Ekran işinin rejissoru Maykl Şouuolterdir. Filmdə Solen dünyanın ən populyar musiqi qrupu üzvü Hayeslə eşq yaşayır.

"Furiosa: A Mad Max Saga"

Filmin əsas rolunda Anya Teylor-Coy çəkilib. Ekran işi Kann Film Festivalında nümayiş olunub. Rejissoru Corc Millerdir. Layihədə Şarliz Teronun gəncliyini Anya Teylor-Coy canlandırır.

"Challengers"

Baş rollarda Zendaya, Coş Okkonur və Mayl Feyst çəkilib. Film tennis turnirində çempion olmaq üçün mübarizə aparan üç tennisçinin hekayəsindən bəhs edir.

"Skywalkers: A Love Story"

Filmdə cəsarətli cütlük Malayziyanın Kuala-Lumpur şəhərində 118 mərtəbəli binanın sonuncu mərtəbəsinə dırmanmağa çalışır.

"Red Island"

Ekran işinin rejissoru Robin Kampillodur. Film, 1970-ci illərdə Madaqasqardakı fransız zülmündən bəhs edir.

"I Saw the TV Glow"

Süjet xəttində iki gənc bir televiziya şousunda tanış olubeşq yaşayır. Lakin daha sonra veriliş müəmmalı şəkildə ləğv edilir.

"Green Border"

Film Suriyadan gələn bir ailənin mübarizəsindən bəhs edir. Rejissoru Agnieszka Hollanddır.

"Sing Sing"

Filmdə hadisələr həbsxanada cərəyan edir. Sanat Yoluy ilə reabilitasiya proqramına qatılan bir qrup məhkumun həyat hekayəsindən bəhs edilir. Ekran işində Kolman Dominqo, Paul Reysi kimi aktyorlar rol alıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri