Icma.az
close
up
RU
2024cü ildə vəzifəsindən azad edilən məmurlar SİYAHI

2024cü ildə vəzifəsindən azad edilən məmurlar SİYAHI

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əvvəlki illərdə olduğu kimi, 2024-cü il də bir sıra məmurların işdən azad edilməsi ilə yadda qaldı. Onların siyahısında yüksək vəzifə tutmuş şəxslər də az deyil. Həmin məmurlardan bəziləri deputat seçildiyi üçün vəzifələrindən azad ediliblər.
Bir çoxları isə postları ilə vidalaşdıqdan sonra yeni vəzifəyə təyinat almayıblar.
Bizim.Media 2024-cü ildə vəzifədən azad edilmiş məmurların siyahısını təqdim edir.
Fikrət Məmmədov

2000-2024-cü illər arasında Azərbaycan Respublikasının ədliyyə naziri olub. Fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra Nazirlər Kabinetinin yeni tərkibində Fikrət Məmmədov yer almayıb. O, Prezidentin 23 fevral tarixli sərəncamı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Aydın İbadov

Aprelin 16-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. O, 2019-cu ilin oktyabrından bu vəzifədə çalışıb.
Nüsrət Şirinov

2024-cü ilin martın 13-də general-mayor Nüsrət Şirinov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, 2016-cı ildən bu vəzifəni daşıyırdı.


Ruslan Əliyev

2024-cü ilin martında Azəriqaz İstehsalat Birliyinin Baş direktoru vəzifəsindən azad edilib. Cari ilin aprelin 1-dən etibarən o, “AzərEnerji” ASC-nin vitse prezidentinin texniki məsələlər üzrə müavini vəzifəsində çalışır. O, 2019-2024-cü illərdə Azəriqaz İstehsalat Birliyinin Baş direktoru olub.
Sübhan Bəkirov

Bu ilin yanvarında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsindən istefaya göndərilərək, ehtiyata buraxılıb. O, Azərbaycan Prezidentinin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub. 4 noyabr 2022-ci ildə ona Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Vitse-admiralı ali hərbi rütbəsi verilib.
Heydər Piriyev

General-leytenant Heydər Kamal oğlu Piriyev bu ilin yanvarın 12-də Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilib. O, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Şahin Seyidzadə

Şahin Seyidzadə 2024-cü ilin sentyabrın 1-də keçirilən seçkilərdə Milli Məclisin deputatı seçildiyi üçün 23 sentyabr tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. O, 2022-ci ilin martın 3-də bu vəzifəyə təyinat almışdı.
Asif Əsgərov

Asif Yunis oğlu Əsgərov bu ilin sentyabrında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Buna səbəb parlamentə keçirilən son seçkilərdə qalib gələrək, Milli Məclisin deputatı seçilməsidir. O, 2015-ci ildən 9 il ərzində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olub. Bundan əvvəl isə Səbail Rayon İcra Hakimiyyətinin (2009–2015) və Zaqatala Rayon İcra Hakimiyyətinin (2006–2009) başçısı vəzifələrində çalışıb.
Heydər Əsədov

Heydər Xanış oğlu Əsədov VII çağırış Milli Məclisin deputatı seçilməsilə əlaqədar 23 sentyabr 2024-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib. O, 2019-cu ildən  Azərbaycan Dövlət Dəniz Akademiyasının  rektoru vəzifəsində çalışırdı. Ondan əvvəl isə 2007-2013-cü illərdə Hesablama Palatasının sədri və 2013-2018-ci illərdə kənd təsərrüfatı naziri vəzifələrini tutub.
Kamran Əliyev

Martın 27-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, polis polkovniki Kamran Əliyev vəzifəsindən azad edilib. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Qeyd edək ki, K.Əliyev, eyni zamanda idarənin Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi vəzifəsini tuturdu.
İlqar Mustafayev

İlqar Mustafayev bu ilin yanvarında Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsindən azad edilib.
O, 2015-ci ildən bu vəzifədə çalışırdı. Cari ilin sentyabr ayında isə İlqar Mustafayev külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilərək həbs edilib.
Onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb.
Rasim Hüseynov
Aprelin 29-da Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. R.Hüseynov 2016-cı ilin martından bu vəzifədə çalışıb.
Yəhya Musayev

Yəhya Musayev 2024-cü ilin yanvarın 12-də Azərbaycan Prezidentinin sərəncamı ilə Müdafiə Sənayesi Nazirinin müavini vəzifəsindən azad edilib. O, 15 dekabr 2006-cı ildən bu vəzifəni tuturdu.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Dekabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri