Icma.az
close
up
RU
2025 ci il sülh prosesində tarixi il oldu

2025 ci il sülh prosesində tarixi il oldu

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Qafqaz regionunda  dayanıqlı sülh üçün əlverişli mühit mövcuddur. Azərbaycanın prinsipial və sülhpərvər siyasəti nəticəsində bu istiqamətdə ciddi nəticələr əldə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsaslarını müəyyənləşdirir.

8 avqust Vaşinqton razılaşmalarının əhəmiyyəti...

Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılıb. Məqsəd regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir.  Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən bütün ədalətli  beynəlxalq təşəbbüsləri dəstəkləyib. Lakin bu prosesdə tərəflərin heç bir vasitəçi olmadan birbaşa dialoqu müsbət nəticələr verib. Ötən ilin 8 avqustunda Vaşinqtonda əldə edilən  razılaşmalar da bunun göstəricisidir. Yeri gəlmişkən, yanvarın 5-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, keçən il doğrudan da tarixi il sayıla bilər: “Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq”.

Məlumdur ki, Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələr,  onların xaricdəki havadarları dünya birliyinin 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrini tanımamasına nail olmağa çalışırdılar, bəzi ölkələrin parlamentlərində hansısa bəyanatlar, qətnamələr qəbul olunurdu. Ancaq beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibənin qalibi olan  Azərbaycan təzyiqlər qarşısında geri çəkilməyərək öz həqiqətlərini müdafiə etməyi bacardı. Xatırladaq ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə 5 bənddən ibarət təkliflərini təqdim etmişdi. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət ötən müddət ərzində məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişi ilə bağlı danışıqları yekunlaşdırdılar. Çünki rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü təkliflər beynəlxalq hüquq normalarına əsaslanıb. Tərəflər ötən ilin mart ayında sülh sazişi layihəsinin mətninin razılaşdırıldığını bəyan ediblər.

Beləliklə, postmüharibə dövründə Azərbaycan qalib tərəf olmasına rəğmən, beynəlxalq prinsiplərdən çıxış etməklə sülh təşəbbüsünü irəli sürüb və daim sülh gündəliyinə dəyişməz sadiqlik nümayiş etdirib. Avqustun 8-də isə Vaşinqtonda, Ağ Evdə möhtəşəm bir tarix yazıldı. Ağ Evdə imzalanan sənədlər, ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısına göstərilən xüsusi ehtiram Azərbaycan diplomatiyasının növbəti uğuru oldu.

Zəngəzur dəhlizinin açılması sülh və sabitliyi  gücləndirəcək

Vaşinqton razılaşmasından sonra qarşılıqlı etimad mühitinin formalaşması üçün praktiki addımlar atılır. Hökumətlər bu yöndə müvafiq işlər görürlər. Bir müddət öncə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılıqlı səfərləri sülh yolunda önəmli addımdır. Eləcə də, Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məhz bunun göstəricisidir. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Rusiyadan da yüklərin Ermənistana Azərbaycan ərazisi vasitəsilə daşınması həyata keçirilir. Bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun müsbət nümunəsidir. Eyni zamanda, Azərbaycan benzini Gürcüstan vasitəsilə Ermənistana satılır. Bu, o deməkdir ki, artıq regionda ticarət yolları açılır, sərhədlər yumşalır, qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranıb. Zəngəzur dəhlizinin açılması isə regionda iqtisadi əməkdaşlıqla yanaşı, sülh və sabitliyi daha da  gücləndirəcək. Prezident İlham Əliyev də sözügedən müsahibədə uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılmasının 8 avqust Vaşinqton razılaşmalarında reallaşdığını vurğulayaraq deyib: “Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir”.

Prezident: Bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq

Beləliklə, Prezident İlham Əliyevin siyasəti nəticəsində Cənubi Qafqaz hərbi toqquşmalar məkanından əməkdaşlıq platformasına çevrilməkdədir. “Bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək”,-deyə dövlət başçısı müsahibədə söyləyib. Azərbaycanın sülh təşəbbüsləri bu gün həm beynəlxalq aləmdə, həm də region müstəvisində  etimad qazanıb. Yekun sülh müqaviləsini imzalamaq üçün isə rəsmi İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu da ondan ibarətdir ki, Ermənistan konstitusiyasından və digər qanunvericilik aktlarından  Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Bu il reallaşmalı olan konstitusiya dəyişikliklərində rəsmi İrəvan sözügedən məsələni həll etməlidir.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri