Icma.az
close
up
RU
2025 ci il kifayət qədər uğurlu oldu

2025 ci il kifayət qədər uğurlu oldu

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Nəsib Məhəməliyev: “Bununla yanaşı orta və kiçik sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görülməli, özünüməşğulluq proqramları genişləndirilməlidir”
2025-ci ilin başa çatmasına az qalıb. Başa vurmaqda olduğumuz il dünyada və yerlışdiyimiz coğrafiyada maraqlı hadisələrlə yadda qaldı. Bəs görəsən 2025-ci il Azərbaycan üçün nə ilə yadda qaldı? Ümumiyyətlə, bu il ölkəmiz üçün nə dərəcədə uğurlu və ya uğursuz oldu? Bu suallara cavab tapmaq üçün Milli Məclisin deputatı Nəsib Məhəməliyevə müraciət etdik.
-Nəsib müəllim, 2025-ci ilin sonuna az müddət qalıb. Sizcə 2025-ci il Azərbaycan üçün nə dərəcədə uğurlu oldu və il ərzində Azərbaycan üçün ən yadda qalan hadisə nə idi?
-2025-ci il, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və suverenlik” ili elan edildi və kifayət qədər uğurlu oldu. İl ərzində ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirildi. Qarabağda və Şərqi Zəngəzurda tikinti quruculuq işləri yüksək templə davam etdirildi, “Böyük Qayıdış” planı çərçivəsində keçmiş məcburi köçkünlərin bir hissəsi öz yurdlarına yerləşdilər. Başa çatmaqda olan il, çoxsaylı hadisələrlə zəngin olmuşdur. Ən yadda qalan hadisə isə, şübhəsiz 8 avqust Vaşinqton görüşüdür. Prezident Donald Trampın vasitəçiliyi ilə, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında sülh müqaviləsi mətninin paraflanması, təkcə 2025-ci ilin yox, son illərin ən əlamətdar hadisəsi kimi tarixə yazıldı. Digər hadisə, ATƏT-n Minsk qrupunun və onun strukturlarının buraxılmasını qeyd etmək olar. Hesab edirəm ki, bu Azərbaycan diplomatiyasının zəfəridir.
-2026-cı ildən gözləntiləriniz nədən ibarətdir?
-2026- cı ildən əsas gözləntim Ermənistanla sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılmasında konkret addımların atılmasıdır. İstərdim ki, Ermənistanda referendum keçirilsin və konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan maddələr aradan qaldırılsın. Bununla da, revanşistlər, daşnakların arzuları tarixin zibilliyinə atılsın. Regiona dayanıqlı sülh gəlsin. Təbii ki, əhalimizin çoxdan gözlədiyi quru sərhədlərinin açılmasını istərdim.
-2026-cı ildə Azərbaycanı istər siyasi, istərsə də iqtisadi sahədə hansısa risklər gözləyirmi?
-Siyasi mənada stabillik davam edəcək. İqtisadi sahədə də ciddi problemlər gözlənilmir. Milli Məclisdə gələn il üçün mstəqillik tarixinin ən iri büdcəsi birinci oxunuşda qəbul olunub. Bizdən asılı olmayan səbəblərdən, məsələ, beynəlxalq maliyyə böhranı, neft qiymətinin aşağı düşməsi ilə bağlı müəyyən risklər ola bilər. Ancaq, ölkənin valyuta ehtiyatları kifayət qədərdir ki, ehtimal olunan boşluğu doldursun. Bütün bunlarla yanaşı, düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsi sürətləndirilməli, qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görülməli, özünüməşğulluq proqramları genişləndirilməlidir.
Süleyman İsmayılbəyli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Dekabr 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri