Icma.az
close
up
RU
2025 ci il üzrə Naxçıvan Muxtar Respublikası büdcəsinin icra istiqamətləri açıqlanıb

2025 ci il üzrə Naxçıvan Muxtar Respublikası büdcəsinin icra istiqamətləri açıqlanıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 29 yanvar, AZƏRTAC

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 450,7 milyon manat, büdcə xərcləri isə 445,7 milyon manat həcmində icra olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, büdcə gəlirləri təsdiq olunmuş plana qarşı 91,4 faiz, xərclər isə təsdiqlənmiş plana qarşı 88,2 faiz səviyyəsində yerinə yetirilib. Gəlirlərin icrasında yerli yığımlar 290,7 milyon manat təşkil etməklə plana qarşı 140,1 faiz, dövlət büdcəsindən ayrılan dotasiya isə 160,0 milyon manat olmaqla 56,0 faiz səviyyəsində icra olunub.

Hesabat ilində büdcə gəlirlərinin əsas hissəsi vergi və digər mənbələr hesabına təmin edilib. Belə ki, vergi orqanlarının xətti ilə daxilolmalar 260,4 milyon manat, gömrük orqanlarının xətti ilə daxilolmalar 18,3 milyon manat olub. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 2,5 milyon manat, sair daxilolmalardan 8,0 milyon manat, məqsədli büdcə fondu üzrə 1,0 milyon manat, dövlət əmlakının icarəsindən isə 0,5 milyon manat vəsait daxil olub. Bununla yanaşı, Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 160,0 milyon manat dotasiya ayrılıb. Ümumilikdə gəlirlər üzrə daxilolmalar 450,7 milyon manat təşkil edib.

Büdcə xərcləri əsasən sosial və iqtisadi sahələrin maliyyələşdirilməsinə yönəldilib. Təhsil sahəsinə 151,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 81,8 milyon manat, ümumi dövlət xidmətlərinə 69,1 milyon manat vəsait ayrılıb. İqtisadi fəaliyyətin dəstəklənməsinə 31,8 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 24,1 milyon manat yönəldilib. Bundan əlavə, mənzil və kommunal təsərrüfatına 14,0 milyon manat, ətraf mühitin mühafizəsinə 11,6 milyon manat, səhiyyəyə 10,8 milyon manat, sosial müdafiə və sosial təminata 10,3 milyon manat, kənd təsərrüfatına isə 6,7 milyon manat vəsait xərclənib. Əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 33,8 milyon manat təşkil edib. Ümumilikdə xərclərin həcmi 445,7 milyon manat olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see397

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see247

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see172

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri