Icma.az
close
up
RU
“Xutor” və “Papanin”də sökülür...

“Xutor” və “Papanin”də sökülür...

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər paytaxtın müxtəlif ərazilərində söküntü işləri aparılır.

Həmin ərazilərdə söküntü işlərinin əsas səbəblərindən biri istismara yararsız binaların yeniləri ilə əvəz edilməsidir. Müxtəlif dövlət qurumlarının tapşırığı əsasında həyata keçirlən bəzi söküntü işləri zaman həmin ərazilər abadlaşdırılaraq yeni parklar salınır. 

Bununla yanaşı müxtəlif investorlar tərəfindən sökülən binaların yerində yeni, hündürmərtəbəli binalar da inşa edilir.

“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən, 2026-cı ildən etibarən paytaxtın 7 rayonunda (Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı) istismar müddətini başa vuran binalar sökülərək, yerində parklar, yaşıllıq zonaları və yeni yaşayış binaları salınacaq.

Paytaxtın bəzi əraziləri də var ki, onlarda evlərə baxış keçirilib, sakinlərə ödənəcək ilkin  qiymətlərlə bağlı məlumat verilib.

Bu baxımdan növbəti söküntü əraziləri "Xutor", "Papanin" deyilən ərazilər ola bilərmi?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, əslində “Azərbaycan Respublikasının Qiymətləndirmə Fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq həmin ərazilərdə investorların özlərinin vətəndaşlara hər hansı bir qiymət deməsi düzgün deyil: 

“Bunu müvafiq qiymətləndirmə şirkətləri etməlidir. Bu istiqamətdə konkret qiymətlər verilməlidir ki, həmin ərazilərdə söküntülərin və bu binalardakı sakinlərin taleyi investorların ümidinə buraxılmamalıdır.

Yaxud da hər hansı qurum bunu müəyyən etməməlidir. Qanuna görə, qiymətləndirmə şirkətləri həmin ərazidə qiymətləndirmə işi aparmalıdır və kompensasiyanın məbləği barədə qərara gəlməlidirlər. “Xutor” və “Papanin” deyilən ərazilərdə söküntü işlərinə start veriləcək. Ancaq bu müvafiq dövlət qurumunun, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müəyyən etdiyi plan üzrə həyata keçirilir.

Həmin plana əsasən, hər hansı bir ərazidə qəzalı binalar varsa, yaxud da “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq həmin ərazilərdə söküntü işləri aparılıb, abadlıq işləri görüləcəksə, bu prosesi həyata keçirmək üçün ya dövlət büdcəsindən müəyyən vəsait ayrılır, ya dövlət və investor birlikdə bu prosesi həyata keçirir, ya da təkbaşına investor müəyyənləşdirir və müəyyənləşir ki, həmin investor ərazilərdə söküntü işlərinin həyata keçirilməsi üçün proqram təklif etmiş olur”. 

Cəmiyyətin sədri vətəndaşlara tövsiyə edir ki, hər hansı bir şəxs, investor onların əmlakları barədə fikir irəli sürəndə bu barədə mütləq qiymətləndirmə rəyi tələb etsinlər:

“Yaxud da vətəndaşlar öz ərazilərində söküntü işləri aparacaq qiymətləndirmə şirkətlərinə hesablama işləri aparmaq üçün sifariş versinlər, onların mülkiyyətinin kompensasiya dəyəri müəyyən olunsun.

Çünki sonradan çox böyük narazılıqlara səbəb olur. Adətən belə hallarda investor maraqlı olur ki, daha az xərci olsun. Çünki çox qazanmaq istəyir və tikintidən sonra satılacaq mənzillərin məhz əvvəlki xərclərinin ödənməsi və kifayət qədər gəlir yaratması üçün vətəndaşa daha az ödəniş etmək istəyir.

Yaxud da elə vətəndaşlarımız da var ki, bütün problemlərinin həllini məhz sökülən evlərdə görürülər. Yəni ev söküləndə yanlız alternativ ev sahəsi əldə etməsinlər, avtomobil alsınlar, başqa problemlərini həll etsinlər.

Belə hadisələr baş verməməsi üçün mütləq arbitr lazımdır. Yəni obyektiv, tərəfsiz mövqe nümayiş etdirən qiymətləndirmə şirkəti burada qiymətləndirmə işini həyata keçirib kompensasiya dəyərini müəyyən etməlidir”.

Nigar Abdullayeva
“Cebehinfo.az”

Açar sözlər: “Xutor” “Papanin” Vüqar Oruc

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:694
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri