Icma.az
close
up
RU
2025 ci ildə əldə olunan uğurlar və nəticələr

2025 ci ildə əldə olunan uğurlar və nəticələr

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

“Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində çox əhatəli və geniş mövzulara toxundu. Müsahibədə əsas diqqət 2025-ci ildə əldə olunan uğurlar və nəticələr, Cınubi Qafqaz regionunda mövcud vəziyyət, beynəlxalq müstəvidə baş verən proseslər, Ermənistanla sülh gündəliyi, Zəngəzur dəhlizi, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış və digər məsələlərlə bağlı oldu”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 2025-ci il ölkəmiz üçün bir sıra uğurlarla yadda qalıb. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdidlərdən qorumaq üçün vacib amildir. Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bu kontekstdə, ötən ilin ən mühüm hadisələrindən biri 8 avqust Vaşinqton görüşündə əldə olunan nəticələrdir. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə, eləcə də “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması və digər razılıqlar bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib. Vaşinqton sammitində həmçinin Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılıq əldə edilib. Həmçinin, ATƏT-in Minsk Prosesinin və əlaqədar strukturların bağlanmasına nail olunub, bununla Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin beynəlxalq gündəlikdən çıxarılmasına dair mühüm mərhələ tamamlanıb. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Cənab Prezident vurğulayıb: “Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”. Dövlət başçısının dediyi kimi, cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.
Ötən il ABŞ-Azərbaycan münasibətlərində də yeni mərhələnin əsası qoyuldu. Prezident Donald Trampın Azərbaycanın lideri haqqında yüksək fikirləri, imzalanan sənədlər bunu deməyə əsas verir. Xüsusilə, D.Trampın 8 avqustda “907-ci düzəliş”in icrasının dayandırılması haqqında sənəd imzalaması rəmzi məna daşıyır. Təbii ki, “907-ci düzəliş”in qüvvədə qalması bu gün iki ölkə arasında əlaqələrin ruhuna ziddir. Ümid edirik ki, bu sənəd tezliklə tam ləğv olunacaq. ABŞ Konqresinə bu barədə qanun layihəsinin təqdim olunması ümidlərimizi artırır.
Millət vəkilinin sözlərinə görə, Vaşinqton razılaşması Zəngəzur dəhlizinin də reallaşmasına əsas yaradır. Bu gün Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün üzərinə düşən vəzifələri yerinə yetirir. Dhlizin Ermənistan ərazisindəki TRİPP yolu adlanan hissəsinin də icrasına başlanacağını gözləyirik. Nəzərə alaq ki, Zəngəzur dəhlizi yalnız iqtisadi layihə deyil. Bu dəhlizin açılması regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına da əhəmiyyətli təsir göstərəcək. Zəngəzur dəhlizi bu gün qlobal güc mərkəzlərinin diqqətində olan nəqliyyat-logistika xətlərinin əsas halqasına çevrilmək potensialına malikdir. Dünyada, o cümlədən yaxın regionlarda baş verən toqquşmalar enerji və ticarət yollarının təhlükəsizliyinin təmin olunması baxımından bu dəhlizin alternativinin olmadığını göstərir. Dəhlizin reallaşması regionda gərginliklərin azalmasına, dövlətlərarası münasibətlərin normallaşmasına və sülhə xidmət edən yeni əməkdaşlıq platformasının formalaşmasına imkan yaradacaq. Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında quru bağlantının bərpası, həm də Türk dünyasının coğrafi inteqrasiyası baxımından mühüm addımdır. Bu dəhliz eyni zamanda Avropa ilə Asiyanı birləşdirən sabit marşrut rolunu oynayacaq. Prezident İlham Əliyev bu layihənin önəmindən bəhs edərkən vurğulayıb: “Bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq və bayaq qeyd etdiyim kimi, həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi – bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər”.
“Beləliklə, 2025-ci il ölkəmiz üçün mühüm uğurlarla yadda qalıb. Prezident İlham Əliyev ötən il Azərbaycanda sosial-iqtisadi nəticələri də müsbət qiymətləndirib, eləcə də prespektivlə bağlı mesajlar verib. Yeni hədəflər isə Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirəcək”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri