Icma.az
close
up
RU
2025 ci ildə Global Media Group media sahəsində yüksək nəticələr əldə etdi

2025 ci ildə Global Media Group media sahəsində yüksək nəticələr əldə etdi

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci il "Global Media Group" üçün əlamətdar il olub.

Ötən il ərzində şirkətlər qrupu fəaliyyətini daha da inkişaf etdirərəkinformasiya istehsalı və yayımını davam etdirib, beynəlxalq əməkdaşlıqları gücləndirib və rəqəmsal mühitdə davamlı olaraq aparıcı mövqeyini qoruyub.

Hesabat dövründə "Global Media Group"a daxil olan "Oxu.az" xəbər portalı, "Global Management " autsorsinq şirkəti, "Report" İnformasiya Agentliyi və "Baku TV" kanalında beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi "TÜV Austria Azərbaycan" MMC tərəfindən aparılıb.

Audit çərçivəsində təşkilatlarda tətbiq olunan ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 - Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 – Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə idarəetmə mexanizmləri beynəlxalq tələblərə uyğunluğu baxımından qiymətləndirilib.

Auditin nəticələri "Global Media Group"a daxil olan şirkətlərin institusional idarəetmə prinsiplərinə sadiqliyini və proseslərin davamlı təkmilləşdirilməsini təsdiqləyib.

2025-ci il ərzində "Global Media Group"un və ona daxil olan şirkətlərin beynəlxalq əməkdaşlıqları genişlənib.

"Baku TV" və "Report" İnformasiya Agentliyi tərəfindən Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanının aparıcı media qurumları ilə imzalanan əməkdaşlıq memorandumları qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinə, regional media əlaqələrinin inkişafına və ortaq layihələrin həyata keçirilməsinə imkan yaradıb. İl ərzində "Global Media Group"un media sahəsində fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə mətbuatın inkişafında göstərdikləri xidmətlərə görə "Global Media Group"un rəhbər heyəti və əməkdaşlarından 10 nəfər "Tərəqqi" medalı, 1 nəfər isə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Bundan başqa, "Global Media Group"a daxil olan media subyektlərinin rəhbər və jurnalist heyətindən ümumilikdə 55 nəfər "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yubiley medalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.

Bununla yanaşı, bir sıra əməkdaşlar media sahəsində peşəkar fəaliyyətlərinə və müxtəlif müsabiqələrdə qalib gəldiklərinə görə dövlət, özəl və beynəlxalq qurumlar tərəfindən müxtəlif diplom və sertifikatlarla təltif olunublar. Eyni zamanda,Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən "10-cu Anadolu Media Mükafatları"mərasimində "Haber Global" mükafata layiq görülüb,"Kontra" proqramı isə ilin idman proqramı seçilib. "Global Media Group"a daxil olan media platformaları 2025-ci il ərzində müxtəlif istiqamətlərdə yüksək nəticələr göstərib.

"Social Blade" analitik portalına əsasən "Baku TV" televiziya kanalı "YouTube" platformasında 11 ay ərzində Azərbaycan telekanalları arasında lider mövqeyini qoruyaraq rekorda imza atıb və yayımlanan video məzmunları ümumilikdə 1 milyarddan çox baxış toplayıb.

"Report" İnformasiya Agentliyi bürolarının sayını artıraraq informasiya əlçatanlığı təmin edib, yerli və xarici mediada istinad sayının artırılmasına nail olub.

"Baku.WS"in "Instagram" səhifəsində paylaşılan postları 17,5 milyon unikal insan tərəfindən ümumilikdə 1,9 milyard dəfə izlənib.

"Caliber" informasiya-analitik portalı maraqlı, eksklüziv məqalə və müsahibələri sayəsində izləyici auditoriyasını 200%-dən çox artırıb.

"Haber Global" televiziya kanalı "YouTube"da bir il ərzində 3,8 milyard baxış toplayaraq Türkiyənin ən çox izlənən xəbər kanalı olub.

"Media.az" "Google News"un siyahılarında və "Dzen" tövsiyə sistemində mövqeyini möhkəmləndirib və beynəlxalq informasiya məkanında istinad olunan resurslar sırasında yer alıb.

"Oxu. az" rekord sayda – 365 mindən çox xəbər materialı hazırlayaraq ölkənin ən çox oxunan xəbər portalı olub.

"Photostock" fotobankı isə ölkədə baş verən hadisələr üzrə yüksək sayda foto-kontent istehsal edib.

"Kaspi" və "Каспий" qəzetlərin ümumi tirajı 230 mini ötüb.

"Global Media Group" il ərzində korporativ sosial məsuliyyət və dayanıqlı inkişaf istiqamətində də fəaliyyətini davam etdirib. Ekoloji təşəbbüslər, maarifləndirici layihələr, təlimlər və gənclərin inkişafına yönəlmiş proqramlar bu fəaliyyətlərin əsas istiqamətlərini təşkil edib.

Ən önəmli layihələrdən biri olan "Media Akademiya" layihəsi çərçivəsində fəaliyyət göstərən müxtəlif media məktəblərində təşkil olunan təlimlərdə 41 gənc məzun olub. 2025-ci il üzrə ümumi göstəricilər "Global Media Group"un regionun aparıcı media ekosistemlərindən biri kimi mövqeyini qoruduğunu təsdiqləyib.

Əldə olunan nəticələr həm yerli, həm də beynəlxalq media məkanında "Global Media Group"un dayanıqlı inkişaf strategiyasını uğurla reallaşdırdığını nümayiş etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri