Icma.az
close
up
RU
2025 ci ilin biznes meylləri: Gələcəyin iş yerini formalaşdıran dinamika

2025 ci ilin biznes meylləri: Gələcəyin iş yerini formalaşdıran dinamika

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

İnklüzivlik və işçilərin rifahına yönəlmiş sürətlə inkişaf edən süni intellekt texnologiyaları və strategiyaları iş dünyasında böyük dəyişikliklərə səbəb olacaq.

Banco.az xəbər verir ki, 2025-ci il iş dünyasında böyük dəyişikliklərin yaşandığı bir dövr kimi qarşımıza çıxır. Sürətlə inkişaf edən texnologiyalar və dəyişən işçi qüvvəsi təşkilatların işini yenidən formalaşdırır.

"Gartner"in hazırladığı hesabatda qeyd olunur ki, 2025-ci ilin əsas iş dünyası tendensiyaları müəssisələrin rəqabətə davamlı və inklüziv bir quruluşa sahib olmasını təmin edərkən, işçi bağlılığını və yenilikçilik mərkəzli bir mədəniyyəti təşviq edir.

İxtisaslaşma çatışmazlığı dərinləşir

Təcrübəli işçilərin təqaüdə çıxması ilə ixtisaslaşma çatışmazlığı artmaqdadır. Yeni başlayanların təcrübə qazanma imkanlarını daraldan texnoloji yeniliklərlə birləşdikdə bu vəziyyət təşkilatları ciddi istedad böhranı ilə üz-üzə qoyur.

Yenilik üçün struktur dəyişikliklər zəruri olur

2025-ci ildə şirkətlər texnoloji yeniliklərə sürətlə uyğunlaşmaq üçün əməliyyat strukturlarını yenidən formalaşdırır. Daha çevik, daha səmərəli və daha yaradıcı olmağa yönəlmiş bu dəyişikliklər gələcəyin iş modellərinə qapı açır.

Nudgetech ünsiyyət maneələrini aradan qaldırır

Mədəni və nəsillərarası ünsiyyət çatışmazlıqlarını aradan qaldırmaq üçün süni intellekt dəstəkli həllər önə çıxır. Bu texnologiyalar əməkdaşlığı və komanda uyğunluğunu artıraraq iş mühitini daha inklüziv edir.

İşçilər ədalət axtarışında süni intellektə üstünlük verirlər

Performansın qiymətləndirilməsi proseslərində süni intellekt alətləri önə çıxır. İşçilər bu alətlərin ədalətli və obyektiv rəy təqdim etdiyinə inanaraq ənənəvi metodlardan daha çox etibar edirlər.

Süni intellekt istifadəsində sərhədlər müəyyənləşdirilməlidir

Ən sərfəli kredit üçün müraciət et

Süni intellekt məhsuldarlığı artırdığı kimi, mürəkkəbliyi də artıra bilər. Şirkətlər süni intellekt dəstəkli nəticələrin sərhədlərini dəqiq müəyyənləşdirməli və insan qabiliyyəti ilə texnologiyanın harmonik fəaliyyətini təmin etməlidirlər.

İnklüzivlik mədəniyyəti rəqabət üstünlüyü təmin edir

Çoxnövlülük və inklüzivliyə üstünlük verən şirkətlər həm daha yenilikçi, həm də daha effektiv qərarlar qəbul edirlər. Bu yanaşma yalnız işçi bağlılığını artırmır, həm də iş nəticələrini yaxşılaşdırır.

Süni intellekt məhsuldarlıq axtarışında mənfi təsir göstərə bilər

Süni intellektə həddindən artıq bağlılıq, proseslər planlaşdırıldığı kimi getmədikdə gecikmələrə səbəb ola bilər. Texnoloji həllər ilə insan amilini balanslaşdırmaq məhsuldarlıq üçün kritik əhəmiyyət daşıyır.

Təklik iş performansına təsir edən bir riskə çevrilir

Tək qalmaq artıq yalnız psixi sağlamlıq problemi deyil, iş performansına və bağlılığına təsir edən bir amil kimi görünür. Şirkətlər işçilər arasında daha güclü əlaqələr qurmağı və birlik hissi yaratmağı prioritetləşdirirlər.

İşçilər məsuliyyətli süni intellekt istifadəsini formalaşdırırlar

Süni intellektin iş dünyasındakı təsiri artarkən işçilər də etik və məsuliyyətli istifadə standartlarını müəyyənləşdirməkdə mühüm rol oynayırlar. Bu anlayış iş yerlərində süni intellektin düzgün və effektiv istifadəsini təmin edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://banco.az
archiveBu xəbər 23 Yanvar 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri