Icma.az
close
up
RU
“Siz gələcəyin memarları, sabahın liderlərini formalaşdıran dəyərlərin qoruyucularısınız” KOMİTƏ SƏDRİ

“Siz gələcəyin memarları, sabahın liderlərini formalaşdıran dəyərlərin qoruyucularısınız” KOMİTƏ SƏDRİ

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri

Dəyərli MÜƏLLİMLƏR!

Sizi 5 oktyabr “MüəllimlərGünü” münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm! Siz kainatın sirrlərini öyrənərək yaşam dünyamızı gözəlləşdirdiyiniz üçün, insanlığa elm-mədəniyyət, bilik-savad, təlim-tərbiyə verdiyiniz üçün, bizi yetişdirdiyiniz üçün, ən əsası da vətənə layiqli övlad olmağı öyrətdiyiniz üçün hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz!

Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Müqəddəs dinimizin banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, Nizami Gəncəvi müəllimi günəşə, Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama, dahi Füzuli müəllimi gənc qəlbin memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmışdır.

Böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”

Ulu Öndərimiz Hеydər Əliyеv gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında müəllimin roluna yüksək dəyər verirdi. O qeyd edirdi ki, müəllim adı şərəfli addır, çünki cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli və vətənpərvər vətəndaşları yetişdirir. Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir.

Azərbaycan müəllimi daim fədakarlığı, səbir və məsuliyyəti ilə seçilmiş, bəzən bütün çətinliklərə baxmayaraq öz missiyasına sədaqət göstərmişdir. O, çox zaman səssiz, görünməyən, amma cəmiyyətin gələcəyini formalaşdıran ən güclü dayaqlardan biri olmuşdur. Azərbaycan müəllimi həmişə öz işinin öhdəsindən məharətlə gəlmiş, cəmiyyətin mənəvi dayağı olmuşdur. Bu gün də müəllimlərimiz dövlətimizin inkişafı, xalqımızın rifahı, gələcək nəsillərin formalaşması üçün fədakarlıqla çalışırlar. Azərbaycanın vətənpərvər gəncləri 44 günlük müharibədə torpaqlarımızı azad edərək xalqımıza Zəfər sevincini yaşatdılar. Vətən müharibəsində 427 müəllimin öz yetirmələri ilə çiyin-çiyinə döyüşlərdə iştirakı və 15 müəllimin şəhidlik zirvəsinə ucalması, müəllimin vətənə sədaqətinin, yetişdirdiyi gənclərin ruh yüksəkliyinin ən bariz sübutudur. Bu qələbədə müəllimlərin əməyi danılmazdır, çünki onlar uzun illər ərzində vətən sevgisini, milli kimliyi, dözümlülük və məsuliyyət hissini formalaşdırmışlar. Bu, həm Azərbaycan müəlliminin, həm də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün Prezident İlham Əliyev və təhsilimizin hamisi Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən təhsil siyasətinin ən böyük nəticələrindəndir.

Bu gün qloballaşan dünyada baş verən sürətli dəyişikliklər - süni intellektin inkişafı, rəqəmsal texnologiyaların genişlənməsi, iqlim dəyişikliyi, sosial və iqtisadi transformasiyalar təhsilin qarşısında yeni çağırışlar qoyur. Müasir Azərbaycan müəllimi bilik ötürməklə, analitik düşüncə, yaradıcılıq, empatiya və vətənpərvərlik kimi keyfiyyətləri formalaşdıran lider olmaqla yanaşı milli-mənəvi dəyərlər prizmasından qlobal tendensiyaları da izləməli, şagirdlərə ömürboyu öyrənmə bacarığı, tənqidi düşüncə və texnoloji savad aşılamalıdır. Heç şübhəsiz ki, gələcəyin inkişafı üçün tələb olunan əsas bacarıqlar məhz bu gün sinif otaqlarında formalaşır.

Unutmayaq ki, güclü dövlətin əsası bilikli, düşünən və məsuliyyətli vətəndaşlardır. Onları yetişdirənlər isə məhz müəllimlərdi. Siz gələcəyin memarları, sabahın liderlərini formalaşdıran dəyərlərin qoruyucularısınız. Yüksək intellektli, bacarıqlı, vətənpərvər gənclərin yetişdirilməsi bizim ümumi amalımızdır. Qarşıda böyük işlər-Qarabağın bərpası, Azərbaycanın inkişafının yeni mərhələləri dayanır.

Əminəm ki, siz bu şərəfli missiyanı gələcəkdə də ləyaqətlə davam etdirəcək, Azərbaycanımızın daha parlaq gələcəyinə öz dəyərli töhfənizi verəcəksiniz. Siz həm də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyalarını qoruyaraq, onu gənc nəslin şüurunda möhkəmləndirəcək, milli kimliyimizə, dilimizə, mədəniyyətimizə, dövlətçiliyimizə sədaqət hissini təbliğ edəcəksiniz. Bu ideyalar əsasında yetişən hər bir gənc öz xalqına, dövlətinə bağlı, vətənpərvər, müasir dünyada rəqabətə davamlı və məsuliyyətli bir vətəndaşa çevriləcəkdir.

Bir daha Gününüz mübarək, əziz və dəyərli müəllimlər!


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see389

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see151

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri