Icma.az
close
up
RU
2025ci il milli birlik və həmrəylik ilimizə çevriləcək, bütöv Azərbaycan üçün köklü islahatlar ili olacaq

2025ci il milli birlik və həmrəylik ilimizə çevriləcək, bütöv Azərbaycan üçün köklü islahatlar ili olacaq

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suverenlik anlayışı yarandığı gündən bu günə qədər dövlətlə bağlı ən mühüm məsələlərdən biri kimi siyasi elmdə və ictimai hüquqda mərkəzi yer tutur. Suverenlik dövlətin qurucu elementlərindən biridir. Suverenlik müasir dövlətlə birlikdə Avropada meydana çıxıb. Belə ki, ilk dəfə mütləq monarxiyalar şəklində meydana çıxan suverenliyin konsepsiyaya çevrilməsində Makiavelli, Bodin, Hobbes və Russo kimi mühüm siyasi mütəfəkkirlərin böyük təsiri olub.

Yarandığı gündən bu günə qədər suverenlik tarixi prosesdə baş verən inkişaflar konsepsiyanın çevrilməsinə səbəb olub. Konsepsiya əvvəlcə dünyəvi xarakter qazanıb, sonra demokratikləşib. Suverenlik dövlətlə birlikdə nəzərdən keçirilən və araşdırılan bir anlayışdır; çünki dövlət və suverenlik anlayışları birlikdə meydana çıxıb. Suverenlik dövlətin əsas xüsusiyyəti hesab olunur və dövlətin üstün və qeyri-məhdud səlahiyyətə malik olduğu iddia edilirdi. Dünyada bütün dövlətlər suveren deyil. Dörd əsrə yaxındır ki, suverenlik siyasətdə fundamental faktor olub və olmaqda davam edir.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan xalqı dövlət suverenliyinin yeganə mənbəyidir. Xalq öz suverenliyini öz iradəsi ilə seçdiyi nümayəndələr vasitəsilə həyata keçirir. Xalq tərəfindən seçilmiş səlahiyyətli nümayəndələrdən başqa heç kəsə xalqı təmsil etmək, xalq adından danışmaq və xalq adından müraciət etmək hüququ verilmir. Konstitusiyada təsbit edilmişdir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Eyni zamanda vurğulanır ki, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz.

Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Azərbaycan xalqı əsl suverenliyinə 2020-ci ildə 44 günlük müharibədən sonra qovuşdu və həmin dönəmdə ərazi bütövlüyü təmin edildi.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bundan sonra Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu.

Prezident İlham Əliyev 20 sentyabrın tarixini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan etmişdi. Ötən ilin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olması ilə bağlı qərar verdi. Bu da o deməkdir ki, 2025-ci il Azərbaycan üçün köklü islahatlar ili olacaq.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilməsi təsadüfi deyil.

Müşfiq Cəfərov

“Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda da qeyd olunduğu kimi müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütöv və suveren Azərbaycanda bərqərar oldu”-deyən Müşfiq Cəfərov vurğulayıb ki, Konstitusiyamızın təməl prinsiplərindən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünün və Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü ilə üst-üstə düşməsi 2025-ci ilin ən yeni tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olması Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib.

“İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək”-deyə deputat əlavə edib.

P.S. Suverenlik üstünlük deməkdir. Bu üstünlük hüquqi mənada üstünlükdür. Çünki suverenlik qanuni anlayışdır. Buna görə də suverenlik bir ölkədə ən yüksək hüquqi orqan kimi müəyyən edilməlidir. Dövlətin suveren olduğunu söyləmək o deməkdir ki, həmin dövlətin qanunları, qaydaları və digər hüquqi tənzimləmələri son hüquqi söz sahibidir. Dövlət suverenliyi hüquqi suverenlik kimi başa düşülməlidir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri